“Mançester Yunayted” Didye Deşamla əlaqə saxlayıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted” Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamı komandanın sükanı arxasına gətirmək imkanını nəzərdən keçirir.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, İngiltərə klubu artıq 58 yaşlı mütəxəssislə əlaqə saxlayıb.
Buna səbəb “Mançester Yunayted”in uğursuz nəticələri və hazırkı baş məşqçi Maykl Karrikin gələcəyinin sual altında olmasıdır. Komanda Premyer Liqada doqquz oyundan cəmi birində qalib gəlib və 17-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında “Roma” üzərində 3:2 hesablı qələbə də Karrikin mövqeyini tam möhkəmləndirməyib.
Klub rəhbərliyi mümkün baş məşqçi dəyişikliyinə hazırlaşır. Deşamla yanaşı, Yulian Nagelsmann və Unai Emerinin namizədlikləri də nəzərdən keçirilir.
Lakin Deşam “Mançester Yunayted”ə keçməyə tələsmir. Fransalı mütəxəssis digər variantları da qiymətləndirmək və münasib təklif üçün gözləmək niyyətindədir.
Qeyd edək ki, Deşam DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















