“Mançester Yunayted” kapitanı ilə müqaviləsini uzatdı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeslə müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn sosial şəbəkə səhifələrində məlumat verib.
Əvvəlki müqavilə gələn yaya qədər qüvvədə idi.
Ornşteyn bildirib ki, yeni müqavilə portuqaliyalı futbolçunun klubdan ayrılmasını istisna etmir.
Qeyd edək ki, 32 yaşlı Fernandes 2020-ci ildən bəri “Mançester Yunayted”də oynayır və orada İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
O, əvvəllər İtaliyanın “Udineze” və “Sampdoriya” klublarında, eləcə də Portuqaliyanın “Sportinq” klubunda oynayıb. O, bu klubla iki Portuqaliya Liqa Kubokunu və bir Portuqaliya Kubokunu qazanıb.
Fernandes həmçinin Portuqaliya millisi ilə iki Millətlər Liqasının (2019 və 2025) qalibi olub.
Bu mövzuda digər xəbərlər:Bruno “Mançester Yunayted”lə müqaviləni uzatdı
03 May 2026 12:20
“Mançester Yunayted” ten Haqla müqaviləni uzatdı
30 İyun 2026 09:24
Lisandro Martines Mançester Yunayted lə müqaviləsini uzatmayacaq
31 Oktyabr 2026 09:40
Mançester Yunayted millinin kapitanı üçün hərəkətə keçdi
13 İyul 2026 14:43
Mançester Yunayted in kapitanı İstanbul klubunun hədəfində
17 Avqust 2026 20:50
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















