“Mançester Yunayted” Reşfordun satışından əldə edilən gəlirlə Sammervilli almaq istəyir
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Yunayted" "Vest Hem"in cinah oyunçusu Krisensio Sammervillə maraqlanmağa davam edir.
"Qırmızı şeytanlar" Niderland millisinin üzvü ilə bağlı London klubu ilə ilkin danışıqlar aparıb.
İdman.Biz bu barədə Sky Sports-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" 2026-cı il dünya çempionatından sonra kluba qayıtması gözlənilən hücumçu Markus Reşfordun potensial satışından əldə edilən gəlirdən istifadə edərək Sammervilli əldə etməyə çalışır.
Ötən mövsüm Sammervil bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 10 İyul 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















