Icma.az
close
up
RU
Reşfordun “Yunayted” macərası başa çatır

Reşfordun “Yunayted” macərası başa çatır

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Dekabrın 1-də “Mançester Yunayted” Ruben Amorimin başçılığı altında premyer-liqada ilk ev oyununda “Everton”u 4:0 hesabı ilə darmadağın etdi. Əsas heyətdə meydana çıxan Markus Reşford hesabına iki qol yazdı.

Həmin an düşünmək olardı ki, istedadlı futbolçunun işləri bu məşqçinin dönəmində düzələcək və “Yunayted” fanatları əvvəlki Reşfordu izləyə biləcək. Amma o tarixdən cəmi bir neçə həftə ötüb. Və indi artıq əminliklə demək olar ki, Reşford yolun sonuna çatıb. Böyük ehtimalla o artıq bu qış transfrer dönəmində komandanı tərk edəcək.
Amorimin qərarı
Hər şey bir andaca dəyişdi. Dekabrın 15-də “Mançester Siti”yə qarşı səfər derbisində nə Reşfordun adı iştirak ərizəsinə düşdü, nə də Alexandro Qarnaçonun. Halbuki onların heç bir zədəsi və ya cəzası yox idi. Amorim onların olmamasının konkret səbəbini söyləmədi. Amma portuqaliyalının “mən hər şeyə - futbolçunun nəinki məşq performansına, həttta nə yediyinə və geydiyinə də fikir verirəm” açıqlaması sanki bir ipucu oldu. Hərçənd həmin matçdan sonra Amorim Reşfordun heç bir intizamsızlığa yol vermədiyini də qeyd etdi. Elə həmin həftəsonu “Qardian” iddia etdi ki, Amorim və klubun sahibi Cim Retkliffin birlikdə qəbul etdiyi qərara əsasən Reşford transferə çıxarılacaq.
Maraqlıdı ki, klubun öz yetirməsi olan və “Yunayted”də 10-cu mövsümünü keçirən 27 yaşlı vinger bu xəbəri çox sakit, hətta soyuqqanlı qarşıladı. Üstəlik mətbuata açıqlama da verərək yeni çağırışa hazır olduğuna işarə vurdu. Görünür, o özü də artıq taleyi ilə barışıb və “Yunayted”də ona yer olmadığını anlayıb. Amorim onun sözlərinə cavab olaraq “futbolçu belə açıqlama verməmiş məşqçi ilə söhbət etməlidi” ifadəsini işlətdi və... Reşfordu növbəyi oyunlarda da iştirak ərizəsinə salmadı! “Yunayted” onsuz əvvəlcə Liqa kubokunda “Tottenhem”ə 3:4 uduzaraq mübarizəni dayandırdısa, ötən bazar günü evdə “Bornmut” önündə darmadağın oldu (0:3).
Digər tərəfdən son iki qarşılaşmanın hər birində Qarnaço iştirak ərizəsinə düşdü, üstəlik sonradan meydana daxil olaraq oynamaq şansı da qazandı. Belə çıxır ki, Amorimin problemi konkret Reşfordladı. Hələ ki ona bəslənən ümidləri doğrultmayan 39 yaşlı çalışdırıcı “Bornmut”la matçdan sonra da Reşford haqda sualla üzləşdi və onun cavabı belə oldu:

“Burda qərarı mən verirəm və bundan sonra da həmişə belə olacaq. Heyəti mən seçirəm. İstəyirəm ki, oyunçularım ən yaxşı performansını sərgiləsin. Ona görə də fərqli variantlara əl atıram”.


Ən real variant Səudiyyə Ərəbistanıdı
Amma məsələ burasındadı ki, Reşford üçün yeni klub tapmaq çox çətin olacaq. İngiltərədən kənarda Avropanın heç bir top klubu ona maraq göstərmir. Həm də “Yunayted”lə 2028-ə qədər müqaviləsi olan təcrübəli futbolçunun həftəlik maaşı 365 min funt sterlinqdi! Bəzi mənbələr bu məbləğin 300 min funt sterlinqə bərabər olduğunu iddia edir. İstənilən halda, həm birinci, həm də ikinci variantda Reşford hazırda premyer-liqanın ən çox qazanan 5 futbolçusundan biridi! Ortaya sual çıxır ki, komandanın əsas üzvü sayılmayan bir futbolçuya nə üçün bu qədər maaş verilir? Bir çox ölkələrdə yerli futbolçulara həmişə xüsusi dəyər verilir və İngiltərə də bunların başında gəlir. Üstəlik nəzərə alaq ki, Reşford həm də uzun müddət yığma üzvü olub. O ilk müqaviləsini 2020-yə, ikinci müqaviləsini 2023-ə qədər imzalamışdısa, sonra bunu 2028-ə qədər yenilədi. Hər dəfə də onun maaşı artırılırdı. Bu, yeni müqavilə imzalanan zaman standart praktikadı. Əslində 2023-ün əvvəllərində Reşford sanki ikinci gəncliyini yaşayırdı. Həmin dönəmdə 15 qarşılaşmada 13 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyən “Yunayted”in ulduzu hətta Holann, Osimhen və Mbappedən də məhsuldar oynayırdı. Ona görə də 2023-ün yayında onunla yeni beşillik müqavilə imzalanarkən heç kim buna təəccüblənmədi. Reşford həm də son illərdə İngiltərədə imicini xeyli yüksəldib. Pandemiya dönəmində məktəblilərə pulsuz yemək paylanılması üçün 20 milyon avro toplayan, dəfələrlə xeyriyyəçiliklə məşğul olan, yoxsulluq içində yaşayan uşaqların problemlərini qabardan Reşford həm də Britaniya İmperiyası Ordeninin üzvü seçilib. Yerli universitetlərin birində doktorluq dərəcəsi də alıb. Onun ətrafında bir neçə fond birləşib və ölkənin öndə gələn siyasətçiləri də tez-tez onun haqda danışır.
Qısası, media sahəsindəki Reşford artıq futbolçu Reşfordu üstələyib. Bu baxımdan onu Devid Bekhemə bənzədənlər də az deyil. Amma bu ilin əvvəllərində Reşford Belfastda gecə klubunda səhərə kimi əyləndikdən və komandasının məşqini buraxdıqdan sonra onun nüfuzuna bir qədər xələl gəlmişdi. “Yunayted” onu 764 min funt sterlinq cərimələmişdi. Bu mövsüm bu futbolçu 19-u start heyətində olmaqla 24 rəsmi oyunda forma geyib və 7 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Reşforda “Çelsi” və “Arsenal” maraq göstərir. Aydın məsələdi ki, onun böyük qazancını ya İngiltərə nəhəngləri, ya da Səudiyyə Ərəbistanı klubları qarşılaya bilər. Amma “Yunayted” rəhbərliyi öz yetirməsinin prinsipial rəqiblərdən birinə yollanmasını istəmir. Ona görə də hələ ki ən real variant Səudiyyə Ərəbistanıdı. Ayrılıq iddiaları ortaya atılan kimi “Əl-İttihad”, “Əl-Nəssr”, “Əl-Hilal” və “Əl-Əhli” Reşforda maraq göstərməyə başladı. “Əl-Nəssr” Anderson Talişkanı “Fənərbaxça”ya göndərmək üzrədi və yaxşı bir hücum oyunçusuna ehtiyac duyur. Ona görə də Ər-Riyad təmsilçisinin daha çox canfəşanlıq göstərəcəyini güman etmək olar. Kriştiano Ronaldonu “Yunayted”dən gözəl tanıyan Reşford bu dəfə portuqaliyalı superulduzla “Əl-Nəssr”də birləşə bilər.
ƏLİ RAUFOĞLU hazırladı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri