“Mançester Yunayted” yarımmüdafiəçi üçün “Əl Hilal”a 23 milyon avro təklif edib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted” yarımmüdafiəçi Ruben Neveş üçün “Əl-Hilal”a rəsmi təklif göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.
İngiltərə klubu portuqaliyalı futbolçu üçün 23 milyon avro təklif edib və “Əl-Hilal”ın bunu qəbul edəcəyinə ümid edir. Təklif qəbul edilərsə, Mançester klubu oyunçunun özü ilə danışıqlar aparmalı olacaq.
Lakin Neveş Səudiyyə Ərəbistanında özünü rahat hiss edir və əsas məsələ maliyyə şərtləridir. Neveşin “Əl-Hilal”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Bu mövsüm oyunçu klubun heyətində bütün yarışlarda 21 oyuna çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, yarımmüdafiəçinin transfer dəyəri 25 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 Yanvar 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















