Icma.az
close
up
RU
Manipulyativ başlıqlarda dezinformasiya riski

Manipulyativ başlıqlarda dezinformasiya riski

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Sensasion başlıq xəbərin etibarına şübhə salan ilk siqnaldır

Jurnalistika prinsiplərinə görə, mediada dərc olunan materiala verilən başlıq onun mahiyyətinə, ideyasına, faktoloji məzmununa uyğun şəkildə tərtib edilməlidir. Auditoriyanın diqqətini çəkmək üçün başlığın müyyən qədər cəlbedici qurulmasına yol verilir. Amma bu “cəlbedicilik” manipulyasiya, sensasion tərtibat və ya aldadıcı təqdimat formasında ola bilməz.

Jurnalistika və media etikası üzrə ekspert Subramani Vinsentin “Xəbər başlıqları üçün prinsiplər” əsərində qeyd edilir ki, başlığın mətnlə semantik uyğunsuzluğu informasiyanın təhrifinə, ictimai rəyin yanlış istiqamətlənməsinə yol açır: “Başlıq yalnız texniki və marketinq elementi deyil, həm də jurnalist məsuliyyəti və etik hesabatlılıq komponentidir. Yanlış bağlıqlardan intensiv şəkildə istifadə edilməsi media subyektinə, nəticə etibarilə ümumilikdə media institutuna qarşı etimadı zəiflədir

( https://www.scu.edu/ethics/focus-areas/journalism-and-media-ethics/resources/guardrails-for-news-headlining/ ).

Aldadıcı başlıqlar hansı məqsədlər üçün istifadə edilir...

Son dövrlərdə həm ənənəvi mediada, həm də sosial media platformalarında jurnalistikanın bu vacib prinsipinin intensiv şəkildə pozulduğu görünür. Manipulyativ formalı, sensasion xarakterli, mətnin məzmunu ilə uzlaşmayan başlıqların artması müşahidə olunur. "Sosial elmlərin icmalı” Jurnalının (JSSR) redaksiya heyəti “xəbər başlıqlarının yanlış təqdimatı” sahəsində müşahidə olunan bu intensivliyin səbəblərini araşdırıb. Redaksiya tərəfindən hazırlanmış “Onlayn media etikası: dilemmalar və həllər” adlı tədqiqat yazısında bu səbəblər 4 əsas faktorla izah edilir

( Media ethics in the era of clickbait journalism: https://jssr.com.pk/index.php/jssr/article/view/392 ).

“Klik iqtisadiyyatı və trafik rəqabəti”.

Rəqəmsal mediada gəlirlər əsasən baxış sayı, klik və reklam trafikindən asılıdır. Bu səbəbdən media subyektləri auditoriyanın diqqətini maksimum dərəcədə cəlb edən emosional başlıqlara üstünlük verirlər. “Clickbait” adlandırılan bu yanaşma informasiyanın keyfiyyətindən daha çox onun cəlbediciliyini ön plana çıxarır. Sosial şəbəkələrin alqoritmləri istifadəçidə daha çox reaksiya doğuran-qorxu, qəzəb, təəccüb, sensasiya yaradan məzmunları daha geniş yayır. Nəticədə media qurumları və kontent istehsalçıları alqoritmik üstünlük qazanmaq üçün daha aqressiv və manipulyativ başlıqlardan istifadə edirlər.

“İlk xəbəri vermək” yarışı.

Müasir informasiya mühitində operativlik əsas rəqabət meyarlarından birinə çevrilib. Bir çox hallarda xəbərin mahiyyətinin tam yoxlanılması və balanslı təqdimatı ikinci plana keçir, diqqət isə sürətli və diqqətçəkən başlıq hazırlanmasına yönəlir. Sensasion başlıq bu mərhələdə köməyə çatır. Araşdırmalar göstərir ki, sosial mediada istifadəçilərin əhəmiyyətli hissəsi xəbərləri yalnız başlıq səviyyəsində oxuyur və mətnin tamına keçmir. Media qurumları da bu psixoloji xüsusiyyətdən istifadə etməyə çalışırlar.

Kommersiya maraqlarının ön sıraya keçməsi.

Media institutu mahiyyətcə kommersiya qurumu olsa da, o, biznesin digər tiplərindən köklü şəkildə fərqlənir. Bu “biznes sahəsi”ni digərlərindən fərqləndirən əsas amil ictimai maraqların ön sırada dayanması, “etik standartların” vacib şərt kimi irəli sürülməsidir. Təəssüf ki, sosial medianın inkişafından sonra bu prinsiplərdə “yerdəyişmə” görünür. Bir çox media qurumlarında jurnalistikanın ictimai missiyasından daha çox kommersiya maraqları ön plana çıxır. Reklam bazarında qazanmaq uğrunda mübarizə bəzən etik standartların zəifləməsinə və manipulyativ təqdimat üsullarının normallaşmasına səbəb olur.

Peşəkar redaktə institutunun zəifləməsi.

Xüsusilə rəqəmsal mediada və sosial platformalarda redaksiya nəzarətinin zəifləməsi, fərdi blog və anonim səhifələrin artması etik filtr mexanizmlərini zəiflədir. Nəticədə yoxlanılmamış və ya şişirdilmiş başlıqlar daha rahat yayılır.

Siyasi və ideoloji manipulyasiya məqsədləri

Bəzi hallarda başlıqlar müəyyən siyasi və ya ideoloji mövqeni gücləndirmək məqsədilə manipulyasiya edilir. “Gündəmyaratma” (Agenda-setting) üzrə nəzəriyyələrdə qeyd edilir ki, müasir insan informasiya selinin təsirinə məruz qalır, hər gün minlərlə informasiya ilə qarşılaşır. Bu şəraitində media qurumları istifadəçinin diqqətini saniyələr içində cəlb etmək üçün daha dramatik və emosional başlıqlara müraciət edirlər (https://link.springer.com/chapter/10.1007/978-3-031-41954-6_2 ).

Məsələnin ən təhlükəli tərəfi də bu hissədə başlayır. Siyasi və ideoloji maraqlara uyğun formada manipulyasiya edilmiş, yalançı başlıqlar mahiyyət etibarilə dezinformasiya elementi sayılır. Dezinformasiya isə dünya üçün ən təhlükəli elementlərdən biri kimi qeyd edilir.

“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli deyir ki, günümüzdə ən narahatedici məsələlərdən biri də dezinformasiyanın kəmiyyətinin sürətlə artmasıdır: “Təsadüfi deyil ki, Davos İqtisadi Forumu sonuncu yığıncağında dezinformasiyanı səviyyəsinə görə dünya üçün 10 risk sırasında 2-ci yerdə yerləşdirib. Çox təəssüf ki, bu gün dezinformasiya təkcə rəqib dövlətləri deyil, həm də bütöv xalqları, cəmiyyətləri, hətta adi fərdləri də hədəfə gətirərək ciddi zərər vura bilir. Fərdlərin dezinformasiyadan müdafiəsi daha çətin olur”.

Beləliklə, manipulyativ başlıqlar müasir informasiya dövrünün ən ciddi problemlərindən birinə çevrilir. Onlar informasiya mühitini çirkləndirir, insanların emosiyalardan istifadə edərək onları yanlış istiqamətə yönləndirir.

Problemdən necə qurtarmaq olar?...

Bu problemin qarşısını almağın ən effektiv yolu media savadlılığından keçir. İnsanlar gördüyü hər başlığa inanmamağı, məlumatı yoxlamağı, emosional manipulyasiyanı tanımağı öyrəndikcə dezinformasiyanın təsiri azalacaq.

Yadda saxlamaq lazımdır ki, başlıq məlumatı gizlədirsə, əsas faktı demədən maraq yaratmağa çalışırsa; mənbə bilinmirsə (xəbərin müəllifi və ya mənbəsi göstərilmirsə); başlıqla mətn uyğun gəlmirsə (başlıq sensasiyalıdır, amma məqalə adi məlumatdan ibarətdirsə), bu, oxucunun və ya tamaşaçının şübhələnməsi üçün ilkin siqnaldır. Oxucu onu birbaşa qəbul etməməli, real olub-olmadığını araşdırmaq üçün müəyyən addımlar atmalıdır.

Oxucu özünü manipulyasiyadan qorumaq üşün xəbəri tam oxumalı, yalnız başlığa əsasən nəticə çıxarmamalı, mənbəni yoxlamalıdır. Ən əsası isə bu məlumatı kimin yaydığına diqqət etməlidir. Bir neçə mənbəyə baxmalı, eyni xəbərin fərqli platformalarda paylaşıldığına əmin olmalı, paralel müqayisələr aparmalıdır.

A.Zeynalov
Yazı “Jurnalist Araşdırmalraı Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 İyun 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see628

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see430

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see279

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see276

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see257

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see247

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see243

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see240

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see235

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see235

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see224

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see224

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see221

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see202

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see201

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see200

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see196

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see188

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see180

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri