Manisa Turgutluda Azərbaycan mədəniyyəti gecəsi FOTOLAR
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Manisa Turgutluda Azərbaycan Mədəniyyət Dərnəyi Azərbaycan və Türkiyə şairlərinin şeirləri ilə zəngin bir gecə keçirib.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbif 24 noyabr Müəllimlər Gününə həsr olunmuşdu.
Gecədə dərnəyin sədri Ünal Kağba, Turgutlu bələdiyyə başçısının müavini Hüseyin Malis, şair Bayram Ali Çelikten, SAKÜDER sədri, şair Gündüz Aydın, Türkiyə-Azərbaycan Federasiyası başçının müavini Eşref Tuna, eləcə də digər yazıçılar, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər, müəllimlər iştirak ediblər.
Kütahiyadan gəlmiş Aşıq Mustafa Sarı sazı və sözləri ilə gecəyə rəng qatıb. İzmirdən HAN Teatrı heyəti gecənin ən rəngarəng iştirakçılarından biri olub. Teatrın qurucusu və baş sənət rəhbəri Rüçhan Gürel, Azərbaycan mədəniyyət elçisi Roza İbadova Koçamaz, aktyorlar Pınar Peynircioğlu və Onur Peynircioğlu gecədə iştirak ediblər.
Gecə Mikayil Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Mehmet Akif və Bəxtiyar Vahabzadənin şeirləri ilə işıqlandırılıb və iştirakçılara unudulmaz anlar yaşadıb.
Nərgiz Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Noyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















