Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı uruqvaylı futbolçunu icarəyə verməyi düşünmür. Klub bu keçid üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, M.Uqarte 2024/2025 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 45 matçda 2 qola, 6 məhsuldar ötürməyə imza atıb. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Karyerasını İtaliyada davam etdirə bilər
06 Yanvar 2025 23:27
Çelsi nin hücumçusu karyerasını İtaliyada davam etdirə bilər
21 İyun 2025 18:04
Fənərbağça nın futbolçusu karyerasını İtaliyada davam etdirə bilər
24 İyul 2025 17:05
Luka Modriç karyerasını İtaliyada davam etdirəcək
25 İyun 2025 17:49

