“Manyaklar dünyanın ağası iddiasında idi” Partiya sədri
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Cefri Epsteyn məsələsi sübut etdi ki, komplo teoriləri heç də komplo deyilmiş, dünyanı manyak, xəstə, özlərini Tanrı sayan bir qrup “elita” idarə edirmiş”.
Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki paylaşımında yazıb.
N.Cəfərli qeyd edib ki, pandemiyanın ideoloji “atalarından” biri olan, bu mövzuda pullar xərcləyən, dünya əhalisinin çox olduğunu təhdid görən Bill Qeyts kimi manyaklar dünyanın ağası iddiasına düşüb, Tanrı roluna girib insanlıq adına qlobal qərarlar verməyə çalışırdılar:
“Xatırlayın, 2020-ci ildən sonra dəfələrlə “pandemiyanın” axmaqcasına idarə edilməsindən, bunun insan (belələrinə insan da demək olmur) əməli olduğundan Azərbaycanda ən çox danışan, yazan biz idik – beyinləri yuyulmuş bir qrup səs-küylü adamlar, “liboşlar”, bizə yönəlik nələr deyirdilər, yazırdılar, adımızı “komploçu” çıxartmışdılar, təhqir belə edirdilər”.
Partiya sədri bildirib ki, “pandemiya” 21-ci əsrdə insanlıq əleyhinə işlənmiş ən böyük qlobal cinayət idi - əminəm ki, bir müddət sonra bu məsələ də bütün çılpaqlığı ilə gün üzünə çıxacaq:
“Dünyanı idarə edən 1% manyak, 99% əhalini axmaq yerinə qoyur, plastilin sayır, özlərini fövqəl güc hesab edirlər – bu düzən mütləq dəyişməlidir. Son 30 ildə “psevdo-liberal" və "qlobalist" elita Dünyada şərlə xeyrin yerini dəyişməyə çalışırdılar, şər olan hər bir şey təbliğ və təşviq olunurdu, sanki şeytana qulluq edirdilər”.
N.Cəfərli fikrini, “amma, xeyir gec də olsa şərə mütləq qalib gələcək...”, – sözlərilə yekunlaşdırıb.
Gülsüm, BakuPost
Bu mövzuda digər xəbərlər:Qan donduran 10 serial: Manyaklar, qatillər... VİDEO
15 May 2025 19:48
Bakıda manyaklar peyda olub Lalafo və da...
29 Yanvar 2026 11:25
Partiya sədri saxlanılıb
02 Dekabr 2024 14:30
Xalqı aldadırlar Partiya sədri
05 Dekabr 2024 10:33
Partiya sədri azadlığa buraxılıb
17 İyun 2025 16:23
Baxış sayı:102
Bu xəbər 03 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















