Partiya sədri saxlanılıb
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Tbilisidə bir neçə gündür, davam edən etiraz aksiyaları zamanı Gürcüstanın müxalif “Qirçi – daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Bu barədə məlumatı ölkənin yerli “Ambebi” portalı yayıb.
Caparizdenin Çavçavadze prospektində saxlanıldığı qeyd olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ şərh bildirməyib.
Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 224 etirazçı saxlanılıb.
Etirazların keçirilməsinə səbəb isə Baş nazir İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub(Qafqazinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















