Icma.az
close
up
RU
Mao Nin: Çin Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Mao Nin: Çin Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

İnçuan, 12 oktyabr, AZƏRTAC

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji planlaşdırması və rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb. Getdikcə dərinləşən qarşılıqlı siyasi etimad, "Bir kəmər, bir yol" əməkdaşlığında davamlı irəliləyiş və beynəlxalq məsələlərdə səmərəli əməkdaşlıq müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin xarici işlər naziri Van İnin Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə görüşündə iştirak üçün Azərbaycana səfərini şərh edərkən deyib.

Mao Nin deyib ki, bu, xarici işlər naziri Van İnin 7 ildən sonra Azərbaycana ilk rəsmi səfəri olacaq. “O, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. İnanırıq ki, səfər iki dövlət başçısının əldə etdiyi vacib ortaq anlaşmaların tam şəkildə həyata keçirilməsinə və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni nəticələr əldə etməyə kömək edəcək”, - deyə XİN rəsmisi bildirib.

Mao Nin qeyd edib ki, AQEM Asiyada təhlükəsizlik dialoqu və əməkdaşlığı üçün vacib bir mexanizmdir. AQEM yarandığı gündən bəri ölkələr arasında qarşılıqlı əlaqəni və etimadın artırılmasına sadiq qalıb və regionda təhlükəsizliyə, sabitliyə və inkişafa mühüm töhfələr verib.

“Beynəlxalq və regional mühitdə artan mürəkkəblik və dəyişkənlik ilə Asiya ölkələri sülh və əmin-amanlığın təmin edilməsinə və iqtisadi artımın təşviqinə getdikcə daha çox maraq göstərirlər. Qarşıdan gələn zirvə görüşündə Çin çoxtərəfliliyi tətbiq etmək, 4 qlobal təşəbbüsü fəal şəkildə həyata keçirmək və Asiya idarəçiliyini gücləndirmək üçün müxtəlif tərəflərlə geniş dialoq və məsləhətləşmələr aparacaq ki, ortaq gələcəyi olan Asiya icmasının qurulmasına yeni töhfələr versin”, - deyə Çin XİN rəsmisi vurğulayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

İnçuan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri