Maqnit qasırğası baş verəcək
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Martın 9-na keçən gecə Yer kürəsində zəif maqnit qasırğası baş verib.
Publika.az xəbər verir ki, "mk.ru" bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun nəzdindəki Günəşin rentgen astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun məlumatlarına istinadən bildirib.
Alimlərin fikrincə, planetdə baş verən maqnit qasırğası zəif olub. Müvafiq göstərici G1 kateqoriyasından yuxarı qalxmayıb.
Maqnit qasırğası artıq başa çatıb. Hazırda Yerin maqnitosferi sabitləşib.
Eyni zamanda mütəxəssislər martın 10-na keçən gecə planetdə növbəti maqnit qasırğasının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər. Onun gücünün də G1-dən yüksək olmayacağı təxmin edilir.
Qeyd edək ki, qeomaqnit qasırğaları Kp indeksinə əsasən ölçülür və G1-dən (zəif) G5-ə (ekstremal) qədər sıralanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















