Marafondan futbola uçuş: “Şemrok Rovers” məşqçilərinin unudulmaz jesti
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrlandiyanın “Şemrok Rovers” klubunun baş məşqçisi Stiven Bredli ilə köməkçisi fədakarlığı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, mütəxəssis köməkçisi ilə birlikdə Dublində keçirilən marafonda iştirak edib. Xeyriyyə məqsədli qaçışdan dərhal sonra onlar komandanın “Derri Siti” ilə oyununa vaxtında çatmaq üçün 46 dəqiqəlik helikopter uçuşu həyata keçiriblər.
Məlumata görə, marafona başlamazdan öncə hər iki məşqçi əl biləklərinə leykoz xəstəliyindən əziyyət çəkən övladlarının adlarını yazıblar.
Qeyd edək ki, “Şemrok Rovers” İrlandiyanın ən titullu futbol klublarından biridir və Dublin şəhərini təmsil edir. “Derri Siti” isə Şimali İrlandiyada yerləşsə də, yarışlarda İrlandiya Premyer Liqasında çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















