Icma.az
close
up
RU
Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Amerika Avtomobil Assosiasiyasının (AAA) keçirdiyi yeni sorğuya əsasən, elektrikli avtomobillərə maraq 2019-cu ildən bəri əhəmiyyətli dərəcədə azalıb. Bu geriləmə sektorda narahatlıq doğurur.

Qaynarinfo xəbər verir ki, AAA-nın sorğusuna görə, ABŞ-də yetkinlərin cəmi 16 faizi növbəti avtomobillərinin elektrikli olmasını "ehtimal olunur" və ya "çox ehtimal olunur" kimi qiymətləndirib. Bu göstərici, 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşərək, elektrikli nəqliyyat vasitələrinə olan marağın nəzərəçarpacaq şəkildə zəiflədiyini göstərir.

2019-cu ildə amerikalıların 25 faizi elektrikli avtomobil alma ehtimalının yüksək olduğunu bildirmişdi. Bu azalma, daxiliyanma mühərriklərindən elektrikli nəqliyyat vasitələrinə keçidin sürətlənəcəyi gözlənilən bir dövrdə sənaye üçün mənfi siqnal kimi qiymətləndirilir.

Sorğuda iştirak edənlərin 63 faizi növbəti avtomobillərinin elektrikli olmayacağını və ya çox güman ki, elektrikli olmayacağını bildirib. Bu rəqəm 2022-ci ildə 51 faiz idi. Elektrikli avtomobillərə maraq göstərənlərin nisbəti isə 21 faiz səviyyəsində sabit qalıb. Marağın azalması, sektorda fəaliyyət göstərən şirkətləri qeyri-müəyyən bir gələcəklə üz-üzə qoyur.

Elektrikli nəqliyyat vasitələri niyə seçilmir?

Elektrikli avtomobil seçimində ən çox göstərilən səbəb yanacaq xərclərinə qənaət etməkdir. Sorğu iştirakçılarının 74 faizi elektrikli avtomobili yanacaq xərclərini azaltmaq məqsədi ilə alacağını bildirib. 59 faiz isə ətraf mühitlə bağlı narahatlıqları əsas səbəb kimi göstərib. Daha az rast gəlinən səbəblər arasında 22 faizlə texnologiyaya maraq və 10 faizlə bəzi ştatların benzinlə işləyən avtomobilləri qadağan edəcəyi ehtimalı yer alıb.

AAA, marağın azalmasının səbəblərini ətraflı açıqlamasa da, "Tesla" şirkətinin baş direktoru İlon Maskın son dövrlərdəki davranışlarının bu prosesə təsir etmiş ola biləcəyi düşünülür. Maskın siyasi baxışları və mübahisəli çıxışları, "Tesla"nın əsas hədəf auditoriyası olan liberal təmayüllü orta-yuxarı təbəqənin şirkətə olan münasibətinə mənfi təsir göstərmiş ola bilər. Xüsusilə Maskın məşhur bir konfransda əsl mişarla səhnəyə çıxması və bəzi dairələr tərəfindən nasist salamına bənzədilən hərəkətləri, "Tesla"nın imicinə zərbə vurub. Mask bu hərəkətləri inkar etsə də, izahları ictimaiyyəti kifayət qədər inandıra bilməyib.

Avtomobil qiymətləri düşəcəkmi? 2025 üçün proqnozlar nədir?

Nəticədə, "Tesla"nın satışlarında 13 faiz azalma, mənfəətində isə 71 faiz geriləmə qeydə alınıb. Bu vəziyyət, Maskın cəmiyyətə təsir edən qütbləşdirici obrazının, "Tesla"nın bazar payına mənfi təsir etdiyi fikrini gücləndirir. Onun imicindəki bu dəyişiklik təkcə "Tesla"ya deyil, ümumilikdə elektrikli nəqliyyat vasitələri sektoruna da zərbə vura bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri