Rusiyalı məşhurlar Ukrayna kəşfiyyatının qara siyahısı na düşdülər
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Rusiyanın Xalq artisti Sergey Bezrukov və tanınmış teleaparıcı, şoumen Mixail Qalustyan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məxsus "War and Sanctions" portalının məlumat bazasına daxil ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar sözügedən resursun noyabrın 10-da yayımladığı qeydlərdə öz əksini tapıb.
Ukrayna tərəfi S.Bezrukovun "qara siyahı"ya salınmasını onun ölkədəki hərbi əməliyyatları dəstəkləməsi və vətənpərvərlik mövzusunda təşkil olunan konsertlərdə aktiv iştirak etməsi ilə əlaqələndirib. Sənətçinin məlumat vərəqəsində həmçinin vurğulanır ki, o, 2014-cü ildə digər incəsənət xadimləri ilə yanaşı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı mövqeyini müdafiə edən məktubu imzalayanlardan biri olub.
Şoumen və teleaparıcının məlumat bazasına əlavə edilməsi də eyni şəkildə müharibəyə dəstək verməsi ilə izah edilir. Əlavə əsaslandırma kimi isə M.Qalustyanın Rusiya Federasiyasının addımlarını təbliğ edən bir neçə layihə çərçivəsində Rusiya Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















