Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Maraşpark dondurma köşklərinin sahibi 736 min manat verib MƏHKƏMƏ

Maraşpark dondurma köşklərinin sahibi 736 min manat verib MƏHKƏMƏ

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev ifadə verib.

O deyib ki, Hesablama Palatası aktı ona göstərmədən Bulvar İdarəsində 3,7 milyon manat mənimsəmə faktı taparaq Baş Prokurorluğa göndərib:

"Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə cinayət işi başlayandan sonra 6 iş günü ərzində məni həbs edib".

İlqar Mustafayevin sözlərinə görə, Hesablama Palatasının aktında ona iradlar yazılıb:

"Köhnə bulvar ərazisində 4 restoranın çırkab suları 1,8 kvadrat nasosa quraşdırılıb və bununla da 2600 manat enerjiyə artıq pul xərclənib. Necə hesab edirsiniz, mən çirkab sularını bulvara axıdılmasına icazə verməli idim. Bulvar İdarəsində olan bir çox tikintilərə, iaşə obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına və ekspertizasına təxminən 91 min manat pul xərclənib ki, bu artıq xərcdir. Bildirirəm ki, bu xidməti göstərən Fövqəladə Hallar Nazirliyinin müəssisə və təşkilatlarıdır ki, onların da qiymətləri rəsmi müəyyən edilir, mən bunu necə dəyişib öz istədiyim rüsumu təyin edə bilərəm?".

Onun sözlərinə görə, 2016-cı ildən 2024-cü ilə qədər, yəni 8 il Bulvar İdarəsinə rəhbərlik edib:

"İttiham aktına əsasən, onun ilk 2 ilində 8 milyon, qalan altı ilində isə 4 milyon pul mənimsəmişəm. İttihamda göstərilib ki, Bulvar İdarəsində fəaliyyət göstərən bütün atraksionlardan, ticarət köşklərindən və obyektlərdən yığılan pulları işçilər və sahibkarlar İdarənin əməkdaşlarına, onlar da yuxarı əməkdaşlara və ierarxiya üzrə son nəticədə mənə veriblər, guya, mən isə həmin pulları mənimsəmişəm".

İlqar Mustafayev deyib ki, dəniz gəzintisi xidmətlərinin göstərilməsi ilə əlaqədar Şəfəq və Mirvari gəmilərində bilet satışından əldə edilmiş gəlirin mənimsənilməsinə dair Hesablama Palatası möhürsüz, imzasız elektron poçt vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablama aparıb:

"Hesablamaya görə, 2018-ci ildə 173 min nəfər, 2019-cu ildə 133 680 nəfər, 2020-ci ildə 13 min nəfər, 2021-ci ildə 62 min nəfər, 2022-ci ildə isə 48 min nəfər gəmilərdə sərnişin olub. İndi mənə maraqlıdır ki, 2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olub. Bulvar ərazisi rəsmi olaraq bağlı olub, pandemiyanın ən sərt vaxtları isə 2021-ci il olub, hansı ki, insanlar evdən bayıra sms icazə ilə çıxırdılar. Necə oldu ki, 2021-ci ildə 62 min nəfər gəmidə səyahətə çıxıb".

Təqsirləndirilən şəxs əlavə edib ki, ittiham aktında Maraşpark dondurma köşklərinin sahibi İsrafil Bascılın Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736 min 500 manat pul ödədiyi göstərilib:

"Müstəntiq də onun öz əl yazısı ilə yazdığı vərəqi sübut kimi götürüb və məni mənimsəmədə ittiham edib".

Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli məhkəməyə bir neçə vəsatət təqdim edib. O, vəsatətinin birində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatların əldə edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses oktyabrın 20-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri