Icma.az
close
up
RU
Məhkəmə 1 milyon 515 min manat tələb olunan sahibkara bəraət verib

Məhkəmə 1 milyon 515 min manat tələb olunan sahibkara bəraət verib

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin 1 milyon 515 min 139 manat mülki iddia qaldırdığı sahibkar Hidayətov Yaqub Raquf oğluna bəraət verilib.
Reyting.az
“Report”a istinadla bildirir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.
Eləcə də, Yaqub Hidayətovun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.
Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə-tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannəmə təqdim etməyib və ümumilikdə 1 milyon 515 min 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.
Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Yəni Yaqub Hidayətovdan 102 min 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.
Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.
Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri