Mardinli Merilin Monro həbs edildi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" ləqəbi ilə tanınan Melek Akarmut saxlanılıb.
Milli.Az xəbər verir ki, 50 yaşlı Melek Akarmutun sosial media hesabında 15 iyul 2016-cı il çevriliş cəhdi ilə bağlı cinayət tərkibli olduğu iddia edilən paylaşımlar etməsi səbəbindən barəsində araşdırma başlanılıb.
Məlumata görə, Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma çərçivəsində Akarmut nəzarətə götürülüb.
Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra o, məhkəməyə göndərilib. Prokurorluqda ifadəsi alınan Melek Akarmut daha sonra növbətçi məhkəmənin qərarı ilə "ictimaiyyətə açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı əsasında həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















