Merilin Monro iş adamı tərəfindən öldürülüb? FOTO
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yüksək dozada sakitləşdirici qəbul edərək 5 avqust 1962-ci ildə vəfat edən Hollivud ulduzu Merilin Monronun öldürüldüyü iddia edilib.
"Unikal" xəbər verir ki, belə bir iddianı müğənni Cennifer Lopezin prodüseri olmuş Elaine Goldsmith-Tomas "Climbing in Heels" adlı ilk romanında qeyd edib.
Kitabda o, Hollivudun qaranlıq keçmişini ifşa edən Merilin Monronun ölümünü dəlillərlə yazıb. Məlumata görə, Tomas 1980-ci illərdə "William Morris" Agentliyində işlədiyi vaxtda Monronun əsl ölüm səbəbini öyrənib.
Belə ki, o vaxt teatr şöbəsində çalışarkən, idarəyə gələn yaşlı kişi Merilin Monronun ölümü ilə bağlı təəccüblü etiraflar edib. Tomas həmin anları belə xatırlayır:
"Merilini öldürdülər. Mən onu sevirdim. O, mənə "Milton əmi" deyirdi. Amma o, nəzarətdən çıxdı... ona görə də onu öldürdülər".
Elaine Goldsmith-Tomas daha sonra həmin şəxsin menecer, iş adamı Milt Ebbins olduğunu öyrənib. Sözügedən şəxs məşhur ulduzun ölümündə iştirak edib. Ebbins bir vaxtlar Hollivudda tanınmış ad idi və sənayenin ən dərin sirlərini saxlayan simalardan biri kimi tanınırdı.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















