Marin Le Pen departamentdəki vəzifəsindən kənarlaşdırılmasından şikayət verib
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Fransanın parlamentində sağçı "Milli Birlik" partiyasının fraksiya lideri Marin Le Pen Pa-de-Kale departamentinin müşaviri vəzifəsindən kənarlaşdırılmasına etiraz edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə onun partiyasının üzvü Stiv Briua sosial şəbəkələrdə bildirib.
"Marin Le Pen hələ də departamentin müşaviridir. İnzibati məhkəməyə qərarın dayandırılması tələbi ilə apellyasiya şikayəti verilib", - deyə o qeyd edib.
Beləliklə, apellyasiya məhkəməsinin qərarı çıxarılana qədər Le Pen bu vəzifəni tutmağa davam edəcək.
Ötən həftə departamentin prefekturası siyasətçinin vəzifədən rəsmi kənarlaşdırılması haqqında qərarın qüvvəyə mindiyini bildirmişdi.

Marin Le Pen departamentdəki vəzifəsindən uzaqlaşdırılacaq
10 Aprel 2025 20:10
Marin Le Pen: “Geri çəkilməyəcəm”
02 Aprel 2025 15:45
Marin Le Pen istintaqa cəlb edilir
16 May 2025 07:57
Marin Le Pen həbs oluna bilər
14 Noyabr 2024 09:02
Marin Le Pen həbs edilə bilər
14 Noyabr 2024 09:02

