Mariya Zaxarova: “ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır.
Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər.
“Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda öz tarixi, təbii maraqları var. Vasitəçi rolunu öz üzərinə götürməyə çalışan ABŞ və Avropa İttifaqı regiona nəzarəti ələ keçirmək, İran və Türkiyə ilə birlikdə Rusiyanı da oradan sıxışdırıb çıxarmaq, daha bir gərginlik mənbəyi yaratmaq istəyir. “Qərblilərdən fərqli olaraq, biz təhlükəsiz, firavan, sabit Cənubi Qafqazda maraqlıyıq”, - deyə M.Zaxarova bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Noyabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















