Mark Karninin Kanada satılmır sözlərinə Trampın cavabı: Heç vaxt heç vaxt deməyin
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanadanın Baş naziri Mark Karni Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşdə ölkəsinin satılmadığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Trampın tez-tez Kanadanın ABŞ-yə birləşdirilməsi ilə bağlı bəyanatları barədə jurnalistlərin sualına cavab olaraq Karni qeyd edib:
"Əmlak sahəsindən bildiyiniz kimi, satılmayan yerlər də var".
ABŞ prezidenti isə hazırda bu mövzunu müzakirə etmək istəmədiyini, lakin belə bir şansın qonşu ölkəyə çoxlu üstünlük qazandıracağını vurğulayıb. Tramp əlavə edib ki, "Heç vaxt "heç vaxt" deməyin".
Xatırladaq ki, ABŞ lideri dəfələrlə kanadalıların çoxunun ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını dəstəklədiyini iddia edib. Onun fikrincə, belə birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək və ölkəni Rusiya və Çindən gələn xarici təhlükələrdən qoruyacaq.
Karni isə dəfələrlə qeyd edib ki, Kanada heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















