Mark Zukerberq İrlandiyada tarixi qəsr alıb FOTO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı milyarder və "Meta" şirkətinin rəhbəri Mark Zukerberq həyat yoldaşı Priskilla Çan ilə birlikdə İrlandiyanın Uoterford qraflığında yerləşən qotik üslubda inşa edilmiş "Strancally" qəsrini alıb.
Moderator.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qəsrin satışının rəsmi məbləği açıqlanmasa da, tarixi mülkün dəyəri 20-30 milyon avro arasında qiymətləndirilir.
Qəsr Blekuter çayının sahilində yerləşir və təxminən 440 akr (178 hektar) torpaq sahəsi ilə əhatə olunub. Üçmərtəbəli bina XIX əsrin birinci yarısında tikilib. Mülkün əvvəlki sahibləri son 20 il ərzində onun genişmiqyaslı bərpası ilə məşğul olublar.
Bununla belə, cütlüyün ABŞ-dən köçmək planı yoxdur. Zukerberq "Meta"nın Avropa qərargahının yerləşdiyi ölkəyə səfərləri zamanı qəsrdən istifadə etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















