Zukerberq qəsr alıb
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Facebook”un yaradıcısı, amerikalı milyarder Mark Zukerberq İrlandiyada qəsr və ona bitişik mülk alıb.
Modern.az “The Irish Times”a istinadən xəbər verir ki, Mark Zukerberq və həyat yoldaşı Priskilla Çan Uoterford qraflığında yerləşən Strankalli qəsrinin yeni sahibi olublar.
Məlumata görə, sövdələşmə avqustun əvvəlində qapalı şəkildə, açıq bazara çıxarılmadan həyata keçirilib. Əqd hələlik İrlandiyanın daşınmaz əmlak üzrə açıq reyestrində əks olunmayıb.
XIX əsrdə neoqotik üslubda inşa edilən malikanə Blekvoter çayının sahilində yerləşir. Zukerberq qəsrlə yanaşı, təxminən 178 hektar ərazini əhatə edən mülkü də əldə edib.
Qəsrin əvvəlki sahibləri Maykl və Canqarla Allen-Bakli olub. Daşınmaz əmlakın hansı məbləğə alındığı açıqlanmayıb.
Baxış sayı:92
Bu xəbər 21 Avqust 2026 05:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















