Icma.az
close
up
RU
Marketdə niyə yarım çörək, 200 qram şəkər, 300 qram ət almaq olmur?

Marketdə niyə yarım çörək, 200 qram şəkər, 300 qram ət almaq olmur?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ailə büdcəsinin idarə edilməsi dövrümüzün ən böyük çətinliyidir. 

Bundan istifadə edən işbazlar marketinqlə vətəndaşları aldadaraq hər an onları artıq xərcə salmağa çalışırlar. Belə ki, marketlərdə şəkər tozu, un və un məmulatları, çay və digər çəki ilə satılan malları artıq paketləşdirib müxtəlif qiymətlərə təklif olunur. Üstəlik sizə uyğun olan çəkidə məhsuluda tapmaqda çətinlik çəkirsiniz.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Sovet dövründə ərzaq mağazalarında nə alacağına adətən vətəndaş özü qərar verirdi: 

“Məsələn, faktiki büdcəsi 100 qram şəkər tozu və ya 200 qram çay almağa yetən vətəndaş da mağazaya daxil olub büdcəsinə uyğun bazarlıq edə bilirdi.

Əgər istehlakçıya 200 qram mal əti, 200 qram şəkər tozu, 200 qram quru çay lazım idisə, tərəziyə yaxınlaşıb büdcəsinə uyğun istədiklərini rahatlıqla alırdı. Nəticədə siz tələbə, təqaüdçü, tək yaşayan bir nəfər olaraq günlük büdcənizə uyğun  lazım olan hər şeyi ala bilirdiniz. Eyni zamanda, aldıqlarınız artıq qalmır, israfçılıq da olmurdu. Əgər növbəti gün sizə təkrar digər ərzaqlar lazım olacaqdısa, o zaman da bir nəfər üçün yetərli səviyyədə məhsul ala bilirdiniz. Amma indi siz bunu edə bilmirsiniz”. 

O bildirib ki, ölkənin pərakəndə ərzaq dükanları şəbəkələşib.

“Sizə təklif edilən qənd, çay, şəkər tozu və sair öncədən qablaşdırılıb. 

Yalnız kolbasa, sosiska və meyvə tərəvəzdən başqa zəruri olan digər ərzaqlarınızı ala bilmirsiniz”. 

Ekspert bildirib ki, hazırda qramla istediyiniz məhsulu ala bilmirsiniz, çünki açıq çəkidə satılan məhsullar çox az dükanda var:

“Bir zamanlar hətta mağazalarda bir çörəyin yarısını da almaq mümkün idi. Çünki axşam çörəyin yarısını yeyən vətəndaş səhər yenidən mağazadan yeni çörəyin yarısını ala bilirdi. Beləcə, çörək israf olmur və vətəndaş büdcəsinə qənaət etməklə yanaşı həm da yaxşı qidalana bilirdi. İndi ərzaq marketinqi təkcə bu şəkildə vətəndaşların istehlak hüququnu pozmur. Eyni zamanda, qiymətlər də baha olur. Məsələn, hazırda 1 kq şəkər tozu 1 manat 35 qəpikdir. 

Qablaşdırma zamanı 700 qramlıq şəkər tozunu "endirim" yalanı ilə 1 manat 17 qəpiyə satırlar. Həm də sizə 70 qəpiklik, yəni 500 qram şəkr tozu lazım olsa, marketdə onu sizə tərəzidə çəkib verən olmayacaq”. 

O hesab edir ki, hökumət istehlakçıların tapdanan hüquqlarını bərpa etməlidir:

“Vətəndaşa məcburi marketinqlə ərzaq satışı zamanı hüquqlarının pozulması barədə məlumat verilməli, marketlər qarşısında tələb qoyulmalıdır. Beləcə, həm vətəndaş ailə büdcəsinə qənaət etmiş olur, həm də ərzaq məhsullarının israfı baş vermir”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri