Icma.az
close
up
RU
Marketdən bu məhsulu alarkən diqqətli olun! XƏBƏRDARLIQ

Marketdən bu məhsulu alarkən diqqətli olun! XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlarda paket halında satılan toyuğun ayrı-ayrı hissələrindən ibarət məhsullara tələbat kifayət qədərdir. Bu məhsullar həm böyük marketlərdə, həm də kiçik mağazalarda təklif olunur. 
Bəs bunlar nə dərəcə təhlükəsizdir?
Qida üzrə mütəxəssis Asim Vəli Demokrat.az-a açıqlamasında bildirib ki, əgər məhsulun üzərində istehsalçı, istehsal və son istifadə tarixi, sertifikat və saxlanma qaydaları aydın şəkildə yazılıbsa, qeydiyyatdan keçmiş müəssisədə hazırlanıbsa və soyuq zəncir qırılmadan satışa çıxarılıbsa, o zaman bu məhsullar istifadə üçün təhlükəsiz sayıla bilər:

“Əgər məhsul qablaşdırılmadan, üzərində heç bir məlumat olmadan, soyuducusuz və uyğun olmayan şəraitdə satılırsa, sağlamlıq üçün risklidir. Toyuq əti tez xarab olan, bakterioloji cəhətdən həssas məhsuldur. Bu səbəbdən soyuq şəraitdə düzgün daşınması və saxlanılması vacibdir.
Bu məhsullar emal olunmuş formada satılır və bəzən bir neçə toyuğun müxtəlif hissələri qarışdırılaraq təqdim olunur. Məsələn, müəyyən hissələrin tələbatı daha az olduğuna görə, xüsusilə boyun, qanad ucları və başqaları toplu şəkildə daha ucuz qiymətə satmaq istehsalçı üçün daha sərfəlidir.
Həmçinin bəzi hallarda bu məhsullar dondurulmuş, son istifadə tarixinə az qalmış və ya ixrac üçün hazırlanan, satışa çıxarılmayan məhsullar ola bilər.
Digər tərəfdən, bəzi hallarda qeyri-rəsmi şəkildə, sənədsiz emal edilən məhsullar da dövriyyəyə buraxıla bilir. Belə hallarda məhsulun qiyməti aşağı olur, lakin təhlükəsizliyi ciddi suallar doğurur. 
Toyuq məhsulu alarkən mütləq etiketinə, istehsalçıya, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirməliyik. Qablaşdırılmamış, mənbəyi bilinməyən və uyğun olmayan şəraitdə satılan ətlərdən uzaq dursaq, daha yaxşı olar".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri