Icma.az
close
up
RU
Marketlərdə satılan farş nə ətindən hazırlanır? Qəssabdan şok AÇIQLAMA

Marketlərdə satılan farş nə ətindən hazırlanır? Qəssabdan şok AÇIQLAMA

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Marketlərdə normal mal ətindən çəkildiyi iddia olunan farşın keyfiyyəti və tərkibi alıcılarda həmişə sual doğurur: doğrudanmı farşın tərkibini normal mal və ya qoyun əti təşkil edir?
Məsələ burasındadır ki, farşın qiyməti sümüklü və sümüksüz mal ətindən ucuz olduğundan onun tərkibi də sual və şübhə doğurur.
Tanınmış publisist, şair Murad Köhnəqala bu məsələni sosial şəbəkədə gündəmə gətirib.
“Marketlərdə sümüklü mal əti 17 manatdan, sümüksüz isə 20 manatdan başlayır. Ət maşınından çıxmış farş (döyülmüş ət) isə 12 manata satılır. Mənə maraqlıdı, görəsən, o satılan farş doğrudanmı, satıcıların söylədiyi kimi, ətin eybəcər, görkəmsiz yerlərindən çəkilir, yoxsa bunun başqa sirri var?”, - M.Köhnəqala soruşub.
Yazarın sözlərinə görə, hər nə qədər “farş alıb yemirəm” desək də, onu kafe-restoranlarda bizə xəngəl, dolma, kiftə, lüləkabab, kotlet adı ilə yedizdirirlər.
Murad Köhnəqalanın açdığı müzakirə ciddi maraq doğurub və məsələyə müxtəlif rəylər bildirilib.
Əksəriyyəıt iddia edib ki, marketlərdə satılan farş malın baş ətindən, bir də qarına yaxın nazik boş ətdən çəkilir.
Məsələyə uzun illərdir ət kəsimi ilə məşğul olduğunu deyən Rahil Abbasov adlı qəssab da rəy bildirib. O, marketlərdə satılan farşın hansı ətdən çəkildiyə aydınlıq gətirib. Deyib ki, farş əsasən ucuz ətlərdən, o cüblədən baş və başa yaxın hissədən çəkilir:
“Farş əsasən aşağıdakı ətlərdən hazırlanır:

- Ucuz tör-töküntü ətlərdən;

- Xaricdən gətirilən donmuş və həkim nəzarətindən keçmiş ətlərdən (dönər də belə ətlərdən hazırlanır)

- İstifadə vaxtı bitməyinə az qalan ətlərdən;

- İç piyi və ya dananın yanlarından qoparılmış piylə qarışdırlmış xarab ətlərdən”.
Qəssab müzakirəyə qoşulanlara məsləhət də verib:
“Gözününüz qabağında çəkilməyən farşı almaq məsləhət deyil”.

Modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri