Icma.az
close
up
RU
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir il əvvəl bu gün Prezident Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı birlikdə qəbul etmək və tarixi Birgə Bəyannamənin imzalanmasının şahidi olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubionun 8 avqust görüşünün ildönümü ilə bağlı bəyanatında deyilir. O bildirib ki, bu bəyannamə Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoyub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) açıb.
“Son 12 ay ərzində ABŞ bu vədi irəliləyişlərə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb. Dəmir yollarını, yolları, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik tədqiqatlarının artıq başlaması və Azərbaycanla Ermənistanı birləşdirəcək avtomobil və dəmir yolunun tikintisinin demək olar ki, başa çatması ilə reallığa çevrilmək yolundadır. Sülh ABŞ, Ermənistan və Azərbaycan arasında iqtisadi rifaha töhfə verəcək əlaqələrin gücləndirilməsinə qapı açdı. Bu gün məmnuniyyətlə elan edirəm ki, Trans-Xəzər Sahibkarlıq Fondu yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyət göstərir, Cənubi Qafqaz və Orta Asiyada Trans-Xəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektora investisiyaları təşviq etmək üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşdırılıb”, - deyə Rubio əlavə edib.
O bildirib ki, bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir.
“TRIPP sadəcə infrastruktur layihəsi deyil, o, Trans-Xəzər Ticarət Marşrutunda həyati bir halqa, ABŞ və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyi üçün bir modeldir. Amerika Birləşmiş Ştatları bu təməl üzərində qurularkən Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir. Hər iki ölkəni son bir ildə göstərdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda davamlı sülhə doğru davamlı irəliləyiş gözləyirik”, - deyə Rubio vurğulayıb. (AZƏRTAC)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri