Marko Rubio ABŞ nin Ermənistan Azərbaycan nizamlanmasındakı səylərini XATIRLATDI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin dövlət katibi Marko Rubio ölkə Prezidenti Donald Trampın hakimiyyəti dövründə həll olunmuş münaqişələrdən danışıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Rubio brifinq zamanı Ermənistan-Azərbaycan münaqişəsini də xatırladıb.
"Rusiya-Ukrayna, Hindistan və Pakistan, Tailand və Kamboca kimi davamlı problemlərin, Sudanda faciənin, Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdiyimizi gördünüz. Biz həmişə mümkün olduqda müharibənin qarşısını almağa və ya münaqişələrə son qoymağa imkan verən vasitəçi rolunu oynamağa çalışırıq. Əlbəttə ki, bir çox hallarda insanları danışıqlar masası arxasına əyləşdirə, razılığa gələ bilərsiniz, amma sonra bu razılaşmaların tətbiqi prosesi başlayır. Beləliklə, biz bu münaqişələrin bir çoxunda, xüsusən də tərəflərin müəyyən şərtlərlə razılığa gəlməsində irəliləyiş əldə etmişik", - deyə Marko Rubio bildirib.
O, ABŞ dövlət başçısının sülhməramlı siyasəti prioritet hesab etdiyini də vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Dekabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















