Marko Rubio: Rusiyanın atəşkəsə razılaşacağına ümid edirik
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Sülh məsələsində Rusiyanın əli daha güclüdür. Rusiyanın razılaşacağına ümid edirik.”
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ciddədə Ukrayna tərəfi ilə baş tutmuş danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
Rubio bildirib ki, ABŞ Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu Rusiya tərəfinə çatdıracaq.
“Ukrayna müsbət addım atdı və ümid edirik ki, ruslar buna cavab verəcəklər. Bu, bizim gözlədiyimiz kimi xoş niyyəti göstərən jestidir", - deyə o bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts isə ABŞ-nin yaxın günlərdə Rusiya nümayəndələri ilə danışıqlar aparacağını bildirib.
Rubio və Uolts bildiriblər ki, ABŞ Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara başlanacağına ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















