Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Marko Rubionun, doğrudanmı, vaxtı yoxdur?

Marko Rubionun, doğrudanmı, vaxtı yoxdur?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da Kaya Kallasla görüşlərdən imtinanın pərdəarxası səbəbləri

Son dövrlər Vaşinqton–Brüssel diplomatik xəttində soyuqluq müşahidə olunur. ABŞ siyasi dairələrində, Marko Rubio da daxil olmaqla, bir sıra yüksəkçinli fiqurların Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasla planlaşdırılan görüşlərdən imtina etməsi bu fonu daha da gücləndirib. Rəsmi izahlar əsasən “qrafik uyğunsuzluğu”, “prioritetlərin dəyişməsi” kimi texniki səbəblərə söykənsə də, pərdə arxasında prosesin siyasi etimad böhranı ilə əlaqəli olduğu qənaəti güclənir.

Məsələ təkcə bir və ya iki görüşün baş tutmaması ilə yekunlaşmır. Kallasın son aylar tutduğu sərt və bəzən maksimalist mövqe, xüsusilə ABŞ-ın daha praqmatik yanaşma axtardığı mövzularda çeviklik göstərməməsi Vaşinqtonda suallar doğurur. Ağ Ev üçün Aİ ilə münasibətlər ideoloji bəyannamələrdən daha çox, nəticə verən koordinasiya üzərində qurulmalıdır. Bu baxımdan, Kallasın ritorikası ilə real siyasi balans arasındakı uyğunsuzluq getdikcə aydın görünür.

ARAYIŞ: Əslən estoniyalı olan Kaya Kallas Avropa siyasətində son illərin ən çox müzakirə olunan fiqurlarından biridir. Atası Siim Kallas Estoniyanın keçmiş baş naziri, Avropa Komissiyasının sabiq vitse-prezidenti və ölkənin müstəqillikdən sonrakı siyasi elitasının əsas simalarından olub. Bu amil Kallasın siyasətə erkən yaşlardan maraq göstərməsinə zəmin yaradıb. Onun aktiv siyasi karyerası 2010-cu ildə başlayıb. O, əvvəlcə Estoniya parlamentinə seçilib, daha sonra Avropa Parlamentində ölkəsini təmsil edib. 2018-ci ildə Kaya Kallas Estoniyanın liberal-mərkəzçi İslahat Partiyasının lideri seçilib, 2021-ci ildə isə Estoniyanın ilk qadın baş naziri olub. Kaya Kallasın beynəlxalq imici əsasən anti-Rusiya ritorikası ilə formalaşıb. Bu mövqe Kallası Şərqi Avropa və Baltik ölkələrində güclü lider kimi ön plana çıxarsa da, Qərbi Avropa və Aİ daxilində bəzən radikal hesab olunur. 2024-cü ildən etibarən Kallasın adı Avropa İttifaqının xarici siyasət arxitekturasında daha yüksək vəzifələr kontekstində hallanmağa başlayıb. O, Brüsseldə prinsipial, emosional tonu yüksək, kompromisdən çox siyasi mövqe nümayişinə üstünlük verən siyasətçi kimi qəbul olunur. Bu isə onun bəzi diplomatik proseslərdə konsensus qurmaq imkanlarını məhdudlaşdıran amil kimi dəyərləndirilir.

Ümumiyyətlə, Kallas vəzifəyə gəldiyi gündən Avropa xarici siyasətini daha prinsipial və sərt xətt üzərində qurmaq niyyətini gizlətməyib. Lakin beynəlxalq münasibətlərdə prinsipiallıq tərəfdaşların maraqları ilə uzlaşdırılmadıqda siyasi yükə çevrilir. Görünür, ABŞ-da da Avropa İttifaqının bəzi mövqelərinin Vaşinqtonun qlobal strategiyası ilə hər zaman üst-üstə düşmədiyi düşüncəsi formalaşmağa başlayıb. Bu kontekstdə Kallasın şəxsi liderlik üslubu və kompromisə az meyilli obrazı əlavə risk faktoru kimi qiymətləndirilir. Marko Rubio kimi siyasətçilər üçün əsas məsələ etibarlı dialoq tərəfdaşlığıdır. Nəzərə alsaq ki, ABŞ siyasi mədəniyyətində etimad davranışlarla ölçülür, Kallasın bəzi çıxışlarında Vaşinqtonun maraqlarını gözardı edən tonun sezilməsi, eləcə də Avropa İttifaqı daxilində konsensus tam formalaşmamış mövqeləri qlobal səviyyədə səsləndirməsi bu etimadı zəiflədən amillər sırasındadır. Nəticədə görüşlərdən imtina, əslində, institusional narazılığın ifadəsi kimi dəyərləndirilə bilər. Şübhəsiz, vəziyyət Aİ-nin öz daxilində də suallar yaradır. Çünki ABŞ-la münasibətlərdə yaranan məsafə Brüsselin qlobal aktor kimi çəkisini zəiflədə bilər.

Bir məsələni də qeyd edək ki, Kallasın siyasi portreti bu kontekstdə xüsusi əhəmiyyətə malikdir. O, Avropa siyasətinə Baltik ölkələrinin təhlükəsizlik düşüncəsi ilə daxil olmuş fiqurdur və bu, onun ritorikasında açıq hiss olunur. Sərt mövqe, prinsipial dil və normativ çərçivələr Kallasın əsas alətləridir. Lakin bu yanaşma regional təhlükəsizlik baxımından anlaşılan olsa da, qlobal diplomatiyada həmişə effektiv olmur. ABŞ üçün əsas məsələ müxtəlif regional baxışları vahid strategiya çərçivəsində uzlaşdırmaqdır.

Çox güman ki, Vaşinqtonda Kallasla bağlı yaranan ehtiyatlı münasibət onun bəyanatlarının məzmunundan daha çox, onların nəticə doğurmaq potensialı ilə bağlıdır. Çünki ABŞ siyasi dairələrində Aİ-nin bəzi məsələlərdə mövqeyinin çox sərt, lakin praktik alətlər baxımından zəif olduğu qənaəti güclənir. Bu da dialoq tərəfdaşı seçimində təbii filtr rolunu oynayır. Ehtimal olunur ki, Rubio ilə görüşün baş tutmaması məhz bu filtrin işlədiyini göstərir.

Əslində, Rubio tərəfinin görüşün baş tutmamasını “qrafik uyğunsuzluğu” ilə izah etməsi klassik diplomatik etiket çərçivəsində normal sayılır. Beynəlxalq siyasi ünsiyyətdə bu cür formulalar münasibətləri açıq şəkildə zədələmədən məsafə saxlamağın, narazılığı söz əvəzinə davranışla ifadə etməyin ən yumşaq üsullarındandır.

Yaranmış ümumi mənzərə fonunda bir məqamı ayrıca qeyd etmək yerinə düşər. Kaya Kallas ötən il Azərbaycana rəsmi səfər etmişdi və bu səfər Aİ ilə ölkəmiz arasında münasibətlərin mövcud durumunu, eləcə də gələcək konturlarını müzakirə etmək baxımından diplomatik hadisə kimi qiymətləndirilmişdi. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşdə ikitərəfli əlaqələrin əsas istiqamətləri, regional təhlükəsizlik mühiti, enerji və nəqliyyat əməkdaşlığı, eləcə də Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqlar ətrafında ətraflı fikir mübadiləsi aparılmışdı.

Azərbaycan tərəfi siyasi dialoq və regional məsələlər üzrə məsləhətləşmələrin əhəmiyyətini xüsusi önə çəkmiş, Kallas isə Aİ-nin Bakı ilə əməkdaşlığa strateji əhəmiyyət verdiyini və Azərbaycanın Aİ üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirmişdi. Səfər, həmçinin bir çox müşahidəçilər tərəfindən ikitərəfli münasibətlərdəki müəyyən gərginliklərin yumşalması və dialoq kanallarının açıq saxlanılması kimi dəyərləndirilmişdi.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Məsələyə daha geniş strateji böhran prizmasından yanaşmaq lazımdır. Çünki artıq Avropa İttifaqı və ümumilikdə Avropa institutları ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər əvvəlki dövrlərdə olduğundan fərqlidir. Mövcud geosiyasi və iqtisadi böhranlar münasibətlərin strukturunda ciddi çatlar yaradıb və tərəflər arasında maraqların getdikcə açıq şəkildə toqquşmasına səbəb olur.

Xüsusilə ABŞ-ın son dövrlər qəbul etdiyi bir sıra qərarlar göstərir ki, Vaşinqton müttəfiqlərlə koordinasiyadan daha çox, milli maraqların önə çəkildiyi müstəqil və sərt siyasi xəttə üstünlük verir. Bu yanaşma Avropa paytaxtlarında narahatlıq doğurur və transatlantik münasibətlərdə fikir ayrılıqlarını dərinləşdirir. Məhz bu kontekstdə baş verən hadisələr daha çox strateji baxış fərqlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, hesab edirəm ki, proses ABŞ-ın Avropa strukturlarına qarşı müəyyən təzyiq mexanizmlərindən istifadə etdiyini göstərir. Vaşinqton bu yolla həm qərarqəbuletmə proseslərinə təsir göstərməyə, həm də qarşı tərəfi öz siyasi və iqtisadi şərtlərinin qəbuluna sövq etməyə çalışır. Təzyiq elementləri açıq şəkildə ifadə olunmasa da, konkret addımlar və siyasi mesajlar vasitəsilə özünü büruzə verir. Bu səbəbdən mövzuya güc balansı və təsir mexanizmləri prizmasından da yanaşmaq zəruridir.

Aİ–Azərbaycan münasibətlərinə gəldikdə isə, burada tamamilə fərqli və müsbət mənzərə müşahidə olunur. Ölkəmizlə Avropa İttifaqı arasında uzun illər formalaşmış praqmatik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mövcuddur. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, regional sabitlik və iqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Azərbaycan bu əlaqələrin dərinləşdirilməsində maraqlıdır və mövcud dialoq qarşılıqlı hörmət, real maraqlar üzərində qurulub. Eyni zamanda, Azərbaycan–Aİ münasibətlərini Transatlantik böhran kontekstinə salmaq düzgün olmaz. Çünki Bakı Brüssel ilə əlaqələrini müstəqil, balanslı və rasional xarici siyasət xətti əsasında formalaşdırır. Bununla yanaşı, Azərbaycan–ABŞ münasibətləri də müsbət və sabit inkişaf edir. Bu əlaqələr qarşılıqlı maraqların uzlaşdırılması, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə paralel və sağlam münasibətlər saxlaması ölkənin çoxşaxəli və çevik xarici siyasət strategiyasının göstəricisidir.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri