Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Marko Rubionun Ermənistana səfəri: ABŞ üçün prioritetlər

Marko Rubionun Ermənistana səfəri: ABŞ üçün prioritetlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Əsas məsələ regional sülhdür, hərçənd...

ABŞ Dövlət katibi Marko Rubio bu gün İrəvanda səfərdə olacaq. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, M.Rubio İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüş keçiriləcək, görüşdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər. Məlumatda, həmçinin ABŞ-Ermənistan ikitərəfli sənədlərinin imzalanacağı və media təmsilçiləri üçün mətbuat konfransının keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, M.Rubionun İrəvana gəlişi bir neçə baxımdan diqqət çəkir. Əlbəttə, ilk məqam səfərin regiondakı geosiyasi proseslərlə əlaqələndirilməsidir. Nəzərə alaq ki, Ermənistanda gələn ayın 7-də parlament seçkiləri keçiriləcək. Bəzi siyasi ekspertlər ABŞ rəsmisinin İrəvanda görünməsini Birləşmiş Ştatların seçkidə Baş nazir Nikol Paşinyan hakimiyyətinə mənəvi dəstək göstərmək əzmi ilə əsaslandırırlar. Ancaq A.Mirzoyan bu kimi deyimlərlə gerçək mahiyyət arasında hansısa bağlılığın mövcudluğunu qəti şəkildə inkar edib və etməlidir də. Hərçənd, ABŞ-ın yüksək çinli rəsmisinin kifayət qədər böyük taleyüklü proses öncəsi Ermənistana gəlişi adi sayıla bilməz və istər-istəməz düşünməyə vadar edir.

Əlqərəz, M.Rubionun Ermənistana səfəri Vaşinqton–İrəvan münasibətlərinin son illər sürətlə intensivləşməsinin davamı kimi də qiymətləndirilməlidir. Ermənistan XİN-in səfər çərçivəsində sənədlərin imzalanmasının planlaşdırıldığı açıqlaması da fikrimizin təsdiqidir. Amma digər məqamlar da var.

Məlum olduğu kimi, Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens bu ilin fevralında İrəvanda səfərdə olarkən bildirmişdi: “Prezident Tramp çox yaxşı bilir ki, sülhün baş tutması üçün ən yaxşı yol əsl çəkindirmə vasitələrini yaratmaqdan keçir. Ən yaxşı çəkindirmə yaratmağın yolu isə dünyanın ən yaxşı texnologiyalarından keçir. Birləşmiş Ştatlar buna malikdir. İlk dəfə biz böyük hərbi texnologiya, 11 milyon dollarlıq müşahidə-dron texnologiyasının Ermənistana və dostumuz baş nazirə (Nikol Paşinyan nəzərdə tutulur – red.) satışını elan edirik. O, bunu ölkəsinin təhlükəsizliyi və qurduğumuz sülhün baş tutması üçün istifadə edəcək”.

Güman edirik, əlavə şərhə ehtiyac yoxdur. Yalnız onu ehtimal edək ki, M.Rubionun səfəri ABŞ-ın Ermənistan üçün silah-sursat tədarükçüsü obrazını daha da gücləndirəcək. Bundan başqa, Vensin səfəri zamanı “ABŞ ilə Ermənistan Respublikası arasında Dinc Nüvə Əməkdaşlığı üzrə Sazişlə bağlı danışıqların başa çatdırılması haqqında Birgə Bəyanat” da imzalandı ki, dövlət katibinin İrəvanda olması bu sənədin icra vəziyyətinə dair müzakirənin aparılması baxımından mühüm əhəmiyyət daşıya bilər.

Əlbəttə, ən mühüm məqam Azərbaycan–Ermənistan sülh prosesidir. Daha doğrusu, prosesin Birləşmiş Ştatların egidası altında gerçəkləşməsi. Bu fikri söyləyərkən, ya da ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda Birləşmiş Ştatlar Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə, eləcə də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh sazişini paraflamaları düşür. Əlbəttə, Birgə Bəyannamənin ən mühüm hissəsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, yaxud qısaca TRIPP-dir. Qeyd edək ki, bu ilin yanvarında Vaşinqtonda M.Rubio ilə A.Mirzoyanın görüşündə mövcud istiqamətdə birgə çərçivə sənədi elan olundu. Beləliklə, ABŞ-ın regionda nəqliyyat-kommunikasiya layihələrinə daha fəal qoşulmaq istəyini əməli iş müstəvisinə gətirdiyini söyləmək mümkündür. Deməli, Rubionun İrəvana hazırkı səfəri gedişində Cənubi Qafqazda tranzit marşrutları ətrafındakı müzakirələrin genişləndiriləcəyini söyləyə bilərik.

Vaşinqtonun Ermənistan–Azərbaycan normallaşma prosesində rolunu artırmaq istəməsinə ayrıca yanaşmaq lazımdır. ABŞ rəsmiləri son aylarda bir neçə dəfə sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıblar. Yeri gəlmişkən, Rubio ilə Ermənistan rəhbərliyi arasında əvvəlki təmaslarda da regional sabitlik və sülh gündəmi önə çıxarılmışdı. Ehtimal edək ki, Dövlət katibinin hazırkı səfəri zamanı bu prioritet bir daha vurğulanacaq.

Ümumən, Rubionun Ermənistana səfəri Azərbaycanın diqqət mərkəzində olacaq. Çünki Ağ Evin Cənubi Qafqaz siyasətində balansın necə qorunacağı, kommunikasiya layihələrinə hansı yanaşmanın seçiləcəyi və Vaşinqtonun Bakı–İrəvan münasibətlərində bundan sonra hansı rolu oynayacağı əsas suallardandır.

Digər tərəfdən, Rubionun səfəri ABŞ–Rusiya rəqabəti kontekstində də şərh oluna bilər. Nəzərə alaq ki, Ermənistanın təhlükəsizlik və xarici siyasətdə ənənəvi ruspərəst xətlə məsafələnməsi fonunda, Vaşinqton İrəvanla strateji tərəfdaşlığı genişləndirməyə çalışır. Habelə, ABŞ tərəfi son dövrdə Ermənistanla enerji, infrastruktur, logistika və kritik minerallar sahəsində əməkdaşlıq mövzularını da qabardır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri