Marko Yankoviç: “Real”, yaxud “Barselona”nı seçərdim”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“İlk oyundan sonra yaxşı üstünlüyümüz var idi. Cavab matçına yaxşı başlamadıq. Bu cür rəqiblərə şans verəndə dərhal bundan faydalanırlar”.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Ferensvaroş”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Serb futbolçu bildirib ki, 2:3 hesablı yenilgiyə baxmayaraq, “Qarabağ” mərhələ adlamağa layiq idi: “Oyun çox çətin keçdi. Rəqibin daha 3-4 şansı oldu. Kiçik detallar oyuna təsir edir. Xüsusən standart vəziyyətlərdə çətinlik çəkirdik. Bütün bunlara baxmayaraq, cavab oyununda uduzsaq da, yekunda mərhələ adladıq. Bu münasibətlə hər kəsi təbrik edirəm. Mərhələ adlamağa və Liqa mərhələsində oynamağa layiq idik”.
O, Liqa mərhələsində qarşılaşmaq istədiyi komandaların adlarını da açıqlayıb: “Hamı “Barselona” və ya “Real”a qarşı oynamaq istəyər. Bilmirəm, bu, yaxşı ideyadır, ya pis. Lakin seçməli olsaq, “Real”, yaxud “Barselona”nı seçərdim. Düzdür, bu cür nəhənglərə qarşı işimiz çox çətin olacaq. Lakin bu da bir təcrübədir. Oyunlardan həzz almalıyıq”.
Yankoviç azarkeşlərdən də söz açıb: “Azarkeşlər bizə əla dəstək verdilər. Onların hər birinə təşəkkür edirəm. Bizə çox yaxşı dəstək oldular. Bu, həm də onların qələbəsidir”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















