“Real” Holand transferində “Barselona”nı qabaqlayır
Icma.az bildirir, Apasport portalına istinadən.
Madrid “Real”ı “Mançester Siti”nin hücumçusu Erlinq Haaland uğrunda mübarizədə “Barselona”dan daha əlverişli mövqedədir.
Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Barselona” norveçli hücumçunun 2027-ci ildə mümkün transferinin şərtlərini araşdırır. Kataloniya klubunun prezidenti Joan Laporta bu keçidin reallaşması üçün zəmin hazırlamağa çalışır.
Lakin “Barselona”nın maliyyə vəziyyəti və maaş limiti ilə bağlı məhdudiyyətlər transferin qarşısındakı əsas maneələrdən hesab olunur. Bildirilir ki, klub Haalandla şəxsi müqavilə şərtlərində razılığa gəlsə belə, onun qeydiyyatı problem yarada bilər.
“Real” isə maliyyə baxımından belə böyük transferi həyata keçirmək üçün daha əlverişli vəziyyətdədir. Madrid təmsilçisinin maliyyə qaydalarına uyğunlaşmaq üçün əvvəlcədən əlavə addımlar atmasına ehtiyac olmadığı vurğulanır. Mənbəyə görə, məhz bu amil “Real”a Haaland uğrunda mübarizədə üstünlük verir.
Qeyd edək ki, Erlinq 2022-ci ildən “Mançester Siti”nin formasını geyinir.
Arteta daha 4 il "Arsenal"da - RƏSMİ 20 yaşlı azərbaycanlı niyə “Neftçi”yə yox, “Fənərbaxça”ya azarkeşlik edir? “Tottenhem” yetirməsini geri qaytarmaq istəyir Karvaxalın yeni klubu BƏLLİ OLDU Tuxel İngiltərə tarixinə düşdü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Oktyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















