Mars və Yer birbirinə maksimal yaxınlaşacaq
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu günlərdə Marsı gecə səmasında adi gözlə asanlıqla izləmək mümkündür.
Bu barədə APA-ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, hesablamalara əsasən, Mars və Yer arasında maksimal yaxınlaşma 15 yanvar tarixində baş verəcək və bu tarixdən sonra da qırmızı planet uzaqlaşana qədər bir müddət gecə səmasında parlamağa davam edəcək.
Çünki planet Yerə maksimum yaxınlaşıb və Mars gecə səmasında qırmıztıl parlaq “ulduz” kimi görünür.
Planetlər qarşıdırmada Yerə yaxın konfiqurasiyada olsalar da, hər iki planet öz orbitinin perihelisində olduqda Mars Yerə maksimum yaxınlaşa bilir. Növbəti belə yaxınlaşma isə 27 iyun 2033-cü ildə baş verəcək.
Əlavə olaraq isə bu axşam ilin ilk bədrlənmiş Ayını görəcəyik. Ayın diski 99.5% işıqlanmış olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















