Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Mars yarışında tarixi geri addım: NASA geri çəkildi, Çin qalib gəlir?

Mars yarışında tarixi geri addım: NASA geri çəkildi, Çin qalib gəlir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Mars səthində həyat izlərini araşdırmaq arzusu Amerika siyasətinin və büdcə müzakirələrinin kölgəsində ciddi zərbə alıb. 

Qaynarinfo xəbər verir ki, "Perseverance” kosmik aparatı artıq qızıl planetdən qiymətli nümunələri toplamış olsa da, NASA-nın illərdir böyük diqqətlə üzərində çalışdığı "Marsdan nümunə gətirmə” (MSR) proqramı qeyri-müəyyən müddətə dayandırılıb.

ABŞ Senatının təsdiqlədiyi yeni xərcləmə planı NASA-nın elmi büdcəsindəki böyük ixtisarları qismən ləngitsə də, Mars nümunələrinin Yerə gətirilməsi üçün lazım olan vəsaitə yol bağladı. Bu qərar, əslində "Perseverance”ın topladığı və NASA tərəfindən "həyatın ən aydın sübutu” kimi xarakterizə edilən 30-dan çox xüsusi geoloji nümunənin bəlkə də əbədi olaraq Mars tozu arasında qalması deməkdir.

Marsdan daş və torpaq gətirmək kağız üzərində sadə görünsə də, layihənin dəyəri və texniki çətinliyi bir müddətdir NASA-nı çıxılmaz vəziyyətə salmışdı. Məsələn, 2025-ci ilin əvvəlində aparılan müstəqil bir araşdırma bu proqramın xərcinin 11 milyard dollara qədər arta biləcəyini və nümunələrin yalnız 2040-cı ildə Yerə çata biləcəyini proqnozlaşdırmışdı. NASA xərcləri 6–7 milyard dollar səviyyəsinə endirmək üçün həm öz texnologiyalarını, həm də kommersiya tərəfdaşlıqlarını əhatə edən müxtəlif strategiyalar üzərində işləyirdi. Lakin Senatın son qərarı bu planlara ciddi zərbə vurdu. Bununla belə, tamamilə son demək də düzgün olmaz; senatorlar "Mars gələcək missiyaları” adı altında 110 milyon dollarlıq simvolik bir vəsait ayıraraq layihənin tamamilə sıradan çıxmasının qarşısını alan kiçik bir imkan pəncərəsi saxlayıblar.

NASA bu mürəkkəb büdcə hesablamaları ilə məşğul olduğu vaxtda, kosmos yarışındakı əsas rəqibi Çin sakit və ardıcıl şəkildə irəliləyir. Çinin "Tianwen-3” missiyası 2028-ci ildə buraxılmağı və 2031-ci il kimi erkən bir tarixdə Marsdan nümunələrlə geri dönməyi hədəfləyir. Hərçənd Çinin toplayacağı nümunələr "Perseverance”ın seçdikləri qədər həyəcanverici və həyat əlamətlərinə fokuslanmış olmasa da, Marsdan ilk torpağı kimin gətirəcəyi ilə bağlı prestij mübarizəsində Çinin qalib gəlməsi indi daha real görünür. Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın bu geri addımı təkcə büdcə məsələsi deyil, eyni zamanda qlobal miqyasda prestij itkisi kimi qiymətləndirilməlidir.

Bu ləğv qərarı elmi ictimaiyyətdə böyük məyusluq və narahatlıq yaradıb. Cənub-qərb Araşdırma İnstitutundan Viktoriya Hamilton kimi alimlər Marsdan nümunə gətirmənin "çox çətin olduğu” əsas gətirilərək dayandırılmasını bir növ təslimçilik kimi dəyərləndirirlər. Alimlər haqlı olaraq sual edirlər ki, əgər pilotsuz bir aparatla daş gətirməyi belə baha başa gəldiyi üçün reallaşdıra bilmiriksə, insan həyatının risk altında olduğu və qat-qat daha baha başa gələcək "Ay’dan Mars’a” layihələrində necə uğur qazana bilərik?

Hazırda NASA 24,4 milyard dollarlıq büdcəsi ilə Saturnun peyki Titan-a gedəcək "Dragonfly” və "James Webb” kimi digər iri layihələrə diqqət yetirməyə çalışır. Lakin Marsın məşhur qaya nümunələri, üzərindəki sirlər açılmadan, hələlik olduğu yerdə gözləməyə davam edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri