Icma.az
close
up
RU
Mart soyqırımının araşdırmaçısı DANIŞDI: “Qara dənizdən “Xəzər”ə kimi…” KONKRET

Mart soyqırımının araşdırmaçısı DANIŞDI: “Qara dənizdən “Xəzər”ə kimi…” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və onun varisi olan Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə siyasətini həyata keçiriblər.“

Bu fikirləri KONKRTET.az-a açıqlamasında tarixçi Sübhan Talıblı səsləndirib.

“1918-ci ildə Azərbaycan torpaqlarında ermənilərin törətdiyi soyqırımlarla bağlı araşdırmalar aparılıb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) soyqırımı sənədləşdirmək və cinayətləri araşdırmaq məqsədilə fəaliyyət göstərib. Bu araşdırmalar çərçivəsində, Şamaxı, Quba, Göyçay, Cavad kimi bölgələrdə baş vermiş qırğınlar, kütləvi qətliamlar və erməni silahlı dəstələrinin vəhşilikləri ətraflı şəkildə sənədləşdirilib. Hadisələrin beynəlxalq arenada tanıdılması üçün 1998-ci ildə Ulu Öndən Heydər Əliyevin fərmanı və 2008-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı mühüm rol oynayıb”.

Tarixçi aimin sözlərinə görə, sənədlərdə 1918-ci ildə Neftçala ərazisində baş vermiş soyqırım hadisəsi də ətraflı təsvir olunub:

“Bu bölgədə erməni-daşnak və bolşevik qüvvələrinin həyata keçirdikləri soyqırımı faktları tarixi sənədlər və şahid ifadələri əsasında təqdim olunur. Azərbaycan tarixinin bu qaranlıq dövrünün dəqiq araşdırılması və sənədləşdirilməsi, gələcək nəsillərə ədalətli və obyektiv tarixi biliklərinin ötürülməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. 1918-ci ilin iyun ayında erməni-daşnak quldur dəstələri Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gələrək ətraf kəndlərə hücum ediblər. Onlar qarət, soyğunçuluq və qətliamlar törədiblər. Soyqırımın miqyası çox geniş olub. Bakıda 15-20 min, Şamaxıda 8 min insan qətlə yetirilib, Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Şərqi Anadoluda, İrəvan quberniyasında, Zəngəzurda, Cənubi Azərbaycanda və Lənkəranda on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə insan qaçqın düşüb”.

Tarixçi qeyd edir ki, soyqırımın tarixi həqiqətləri həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır. Gənclərimiz bu soyqırımın miqyası, səbəbləri və nəticələri barədə məlumatlandırılmalıdır. Bu soyqırımı unutmaq olmaz. Çünki unutmaq təkrar yaşamaq deməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri