Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Xəzər Qara Dəniz Yaşıl Enerji Dəhlizi

Xəzər Qara Dəniz Yaşıl Enerji Dəhlizi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu layihə ölkəmizin qlobal enerji xəritəsini genişləndirəcək

Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin regional əməkdaşlıq və əməliyyatlar üzrə koordinasiya şöbəsinin direktoru Ləzizə Sabırova Azərbaycan mediasına müsahibəsində təmsil etdiyi qurumun Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi layihəsini iqtisadi cəhətdən səmərəli hesab ediləcəyi təqdirdə daha da dəstəkləməyə hazır olduğunu bildirib.

L.Sabırova qeyd edib ki, bu gün layihə üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması prosesi davam edir və sözügedən sənəd layihənin texniki, iqtisadi və tənzimləyici cəhətdən uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır.

Onun fikrincə, layihənin böyük həcmdə investisiya tələb edəcəyi şübhəsizdir və burada beynəlxalq maliyyə institutları ilə yanaşı, özəl sektor üçün də imkanlar mövcuddur. Əgər texniki-iqtisadi əsaslandırma layihənin kommersiya baxımından sərfəli olduğunu sübut edərsə, AİB maliyyələşmədə iştiraka daha çox maraqlıdır.

AİB-in şöbə direktorunun bildirdiyinə görə, təmsil etdiyi maliyyə qurumu Biləsuvar və Ələtdəki günəş elektrik stansiyalarını da əhatə edən bir sıra “yaşıl” enerji layihələrini təsdiqləyib. Bundan əlavə, elektrik enerjisinin ötürülməsi və paylanması ilə bağlı 160 milyon və 250 milyon dollar dəyərində iki kredit, eləcə də istilik və energetika sektorunun karbonsuzlaşdırılması üçün texniki yardım göstərib.

Qeyd edək ki, “yaşıl” enerjiyə keçidin qlobal trendləri fonunda Xəzər regionunun strateji əhəmiyyəti artmaqdadır. Azərbaycanın təşəbbüskarı olduğu Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi layihəsi bu baxımdan regionun enerji təhlükəsizliyi və iqlim gündəliyinə verdiyi töhfənin bariz nümunəsidir.

BMT-nin iqlim dəyişikliyi ilə bağlı çağırışları və Avropa İttifaqının (Aİ) “Yaşıl razılaşma” proqramı “yaşıl” enerjiyə keçidi geosiyasi prioritetlər sırasına çıxarıb. Bu transformasiya prosesində Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji mənbələrinin strateji tədarükçüsü kimi çıxış edir. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan “Yaşıl Enerji Dəhlizi üzrə Strateji Tərəfdaşlıq Sazişi” bu baxımdan dönüş nöqtəsi oldu.

Layihənin əsas mahiyyətinə gəldikdə isə deyə bilərik ki, Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi təşəbbüsü Azərbaycanın zəngin külək və Günəş enerjisi potensialının Qərb bazarlarına çatdırılmasını nəzərdə tutur. Layihənin əsas komponenti Qara dənizin dibi ilə çəkiləcək 1195 kilometr uzunluğunda dərin dəniz elektrik kabelidir. Bu kabel vasitəsilə ildə təxminən 4 GW gücündə “yaşıl” enerjinin Avropaya ötürülməsi planlaşdırılır.

Azərbaycan tərəfi əsasən Qaradağ, Abşeron və xüsusilə Qarabağ və Şərqi Zəngəzurda qurulacaq Günəş və külək elektrik stansiyalarından enerjini Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Aİ ölkələrinə ötürməyi nəzərdə tutur. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətli bir addımdır: Azərbaycanın enerji ixracı portfeli şaxələnir, Avropanın isə enerji asılılığı azalır.

Layihənin həyata keçirilməsi üçün artıq ilkin texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanır. Avropa İttifaqı bu təşəbbüsü “ümumi maraq doğuran layihə” kimi tanıyıb və maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib. Ümumilikdə kabelin çəkilməsi və enerji sistemlərinin inteqrasiyası üçün, təqribən, 2,5 milyard avrodan çox vəsait tələb olunduğu bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev layihəyə xüsusi diqqət ayıraraq onun ölkənin enerji siyasətində növbəti mərhələ olduğunu dəfələrlə bəyan edib. Dövlətimizin başçısının vurğuladığı kimi, “yaşıl” enerji ixracı Azərbaycanın artıq qaz və neftdən ibarət olmayan yeni iqtisadi modelə keçdiyini göstərir.

Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün transformativ potensiala malikdir. Gürcüstan bu layihə vasitəsilə enerji tranzit ölkəsi rolunu gücləndirir, Rumıniya isə Qara dənizin enerji dəhlizinə çevrilməsində maraqlıdır. Macarıstan və digər Mərkəzi Avropa ölkələri isə alternativ, dayanıqlı və ekoloji təmiz enerji mənbələrinə çıxış əldə edirlər.

Eyni zamanda, layihə Azərbaycanın işğaldan azad olunan ərazilərinin dirçəldilməsi və iqtisadi inteqrasiyası üçün yeni imkanlar açır. Məsələn, Cəbrayıl, Zəngilan və Laçında qurulan “yaşıl enerji zonaları” bu böyük enerji sisteminə qoşulmaqla iqtisadi fəallığı artıracaq.

Layihə bölgədə sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etsə də, geosiyasi çağırışlardan da tam sığortalanmayıb. Rusiya – Ukrayna müharibəsi, Qara dənizdəki təhlükəsizlik problemləri və bəzi texniki infrastruktur məhdudiyyətləri layihənin icra tempinə təsir göstərə bilər. Buna baxmayaraq, Aİ və tərəfdaş ölkələr bu təşəbbüsə sadiq qalaraq siyasi dəstəklərini davam etdirirlər.

Beləliklə, Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi təşəbbüsü Azərbaycanın regional enerji mərkəzindən qlobal yaşıl enerji tədarükçüsünə çevrilmək iradəsini ortaya qoyur. Bu layihə enerji təhlükəsizliyi, ekoloji dayanıqlıq və iqtisadi şaxələndirmə baxımından həm ölkə, həm də region üçün mühüm strateji üstünlüklər vəd edir. Bərpa olunan enerji sahəsində atılan bu addımlar Azərbaycanın qlobal iqlim gündəliyinə töhfəsini artırmaqla yanaşı, onun enerji diplomatiyasına da yeni məzmun gətirir.

Yədulla HƏSƏNLİ,
İqtisadiyyat İnstitutunun professoru

Asiya İnkişaf Bankı Xəzər dənizi vasitəsilə “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi üçün Texniki Yardım Xüsusi Fondu vasitəsilə 225 min ABŞ dolları ayırıb.

Bu layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirəcək sualtı kabel çəkilişini nəzərdə tutur ki, bu da regional enerji əməkdaşlığının gücləndirilməsi və davamlı transsərhəd elektrik enerjisi ticarətinin yaradılması istiqamətində mühüm addım olacaq.

Layihənin icrasını nəzərə tutan Anlaşma Memorandumu 3 ölkənin hökumətləri tərəfindən 2 may 2024-cü il tarixində imzalanıb və layihə regionda enerji təhlükəsizliyinin təmin edilməsinə, davamlı enerji təcrübələrinin inkişafına və iqtisadi artımın dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində, eləcə də bərpa olunan enerjinin Xəzər regionundan Qara dənizdəki kabel vasitəsilə Avropaya ötürüləcəyi “yaşıl dəhliz”in yaradılması nəzərdə tutulur.

Texniki yardım əhəmiyyətli investisiyalar tələb edəcək bu regional layihənin araşdırılması və hazırlanması üçün təqdim edilib. AİB layihəyə müxtəlif tədbirlər vasitəsilə texniki dəstək göstərir, o cümlədən hökumətlərarası işçi qrupların formalaşdırılmasına, xüsusi təyinatlı müəssisənin və ya birgə müəssisənin yaradılmasına, şəffaf və səmərəli idarəetmə strukturunun, hüquqi və kommersiya çərçivələrinin işlənib hazırlanmasına və əlavə məsləhət dəstəyinin göstərilməsinə, yüksək keyfiyyətli texniki qiymətləndirmələrin, habelə texniki-iqtisadi əsaslandırmaların reallaşdırılması üçün ölkə nümayəndələrinin potensialının artırılmasına kömək edəcək.

Bu layihə təkcə Mərkəzi Asiyada enerji əməkdaşlığını gücləndirməyəcək, həm də Paris sazişinin məqsədlərini və “yaşıl” enerji infrastrukturunun inkişafını dəstəkləyərək istixana qazı emissiyalarının azaldılmasına kömək edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see416

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see265

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see251

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see237

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see231

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see220

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see215

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see209

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see209

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see206

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see206

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see205

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see204

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see202

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see199

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see197

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see192

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see191

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see179

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri