Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

® Martın 11 də “Caspian Energy Club”ın yeni İdarə Heyəti seçiləcək

® Martın 11 də “Caspian Energy Club”ın yeni İdarə Heyəti seçiləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Caspian Energy Club”ın uzun illərdir davam edən ənənəsinə uyğun olaraq, İdarə Heyətinin seçkiləri hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü, dörd ildən bir isə 29 fevral tarixində keçirilir. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Bu ənənəvi format həm “Caspian Energy Club”ın İdarə Heyətinin seçkilərinin şəffaf formatda keçirilməsini təmin edir, həm də idarəetmə prosesində effektivliyi artır. 2026-cı ildə seçkilər 11 mart tarixində baş tutacaq və yeni qəbul edilmiş seçki Əsasnaməsi ilk dəfə olaraq tətbiq olunacaq”,- deyə Telman Əliyev bildirib.

Yeni Əsasnamənin müddəalarına uyğun olaraq, İdarə Heyəti artıq 14 komitə sədrindən ibarət olacaq. Seçkilərə ən azı 30 gün qalmış bütün üzvlərə vatsap, sosial şəbəkələr və elektron poçt vasitəsilə rəsmi məlumat veriləcək.

Bu il yeni qaydalara əsasən, komitələrin sədrləri əvvəlki illərdə olduğu kimi təyin edilməyəcək. Onlar səsvermə yolu ilə seçiləcək və avtomatik olaraq İdarə Heyətinin tərkibinə daxil olacaqlar. Onu da qeyd edək ki, İdarə Heyəti yalnız komitələrin sədrlərindən ibarət olacaq. Ən çox səs toplayan komitə sədri isə “Caspian Energy Club”ın İdarə Heyətinin sədri vəzifəsinə yüksələcək.

Seçki prosesi barədə danışan Telman Əliyev vurğulayıb: “Bizim üçün əsas məqsəd – güclü, effektiv və daim dəyişən proseslərə operativ reaksiya verən İdarə Heyətini qurmaqdır. Çünki bizim üzərimizə böyük məhsuliyyət və çox vacib missiya düşür. Biz minlərlə sahibkarın təkliflərini, suallarını və qarşılaşdıqları çətinliklərini monitorinq edib düzgün şəkildə hökümət nümayəndələrinə təqdim etməliyik. Bu prosesdə neytral, qərəzsiz və obyektiv mövqe nümayiş etdirməyimiz çox vacibdir. Əminik ki, yeni qaydalar əsasında seçilən İdarə Heyətinin üzvləri məhz bu prinsiplərə arxalanacaqlar. “Səsvermə anonim qaydada həyata keçiriləcək və maksimum üç iş günü davam edə bilər. Klub üzvlərinin hər biri öz nümayəndələri vasitəsilə xüsusi bülletenlərdə seçim edəcəklər.

Namizədlik hüququ yalnız “Diamond”, “Platin” və “Gold” statusuna malik üzvlərə şamil olunur. Hər bir iştirakçı yalnız bir komitə üzrə namizədliyini irəli sürə bilər. Komitə üzrə namizədlərin sayı minimum iki, maksimum isə on nəfər təşkil edəcək. Əgər hər hansı komitə üzrə yalnız bir namizəd irəli sürülərsə, həmin komitədə seçki keçirilməyəcək.

Seçkilərin nəticələrinə əsasən, ən çox səs toplamış namizəd müvafiq komitənin sədri olacaq və avtomatik olaraq İdarə Heyətinə daxil ediləcək. Əgər namizədlər tələb olunan nəticəni göstərməsələr, həmin komitə üzrə seçkilər nəticəsiz elan ediləcək və 30 gün ərzində təkrar seçki təşkil olunacaq. Təkrar seçkilər də nəticəsiz qaldığı halda, komitə sədri İdarə Heyəti tərəfindən təyin olunacaq.

“Yeni qəbul olunmuş dəyişikliklər, şübhəsiz ki, İdarə Heyətinin daha səmərəli fəaliyyət göstərməsinə, üzvlərin isə daha geniş imkanlardan faydalanmasına yol açacaq.

Beləliklə, “Caspian Energy Club” qarşıdakı illərdə də öz üzvləri üçün etibarlı tərəfdaş və güclü birləşdirici mərkəz rolunu oynamaqda davam edəcək. Biz bütün üzvlərimizi bu seçkilərdə fəal iştirak etməyə dəvət edirik”, - Telman Əliyev qeyd edib.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

∙ “Caspian Energy Club”

∙ “Caspian Energy Club International”

∙ “Caspian Energy EXIFOR Group”

∙ “Caspian Energy International Media Group”

∙ “Award Organizers Group”

∙ “Caspian Energy Research Group”

∙ “Caspian Energy Entertainment Group”

∙ “Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri