Icma.az
close
up
RU
Martın 7 də Bakıda nə BAŞ VERMİŞDİ?

Martın 7 də Bakıda nə BAŞ VERMİŞDİ?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, martın 7-də və 8-də paytaxtda digər günlərdən belə daha böyük tıxaclar olub. Şəhərin 30-dan artıq küçə və prospektində hərəkət demək olar ki, dayanmışdı. Sosial şəbəkə üzərindən paytaxt sakinləri bildiriblər ki, 10-15 dəqiqəlik yolu 2-3 saata gediblər. Tıxaclar gecə yarısına qədər davam edib.
Martın 7-də olan tıxaclar hər kəsdə belə bir sual doğurub.
 

MÖVZU İLƏ BAĞLI:
Çəkilməsinə milyonlar ayrılan, qısa müddətdə silinən YOL XƏTLƏRİ... – FOTO


Paytaxtda baş verə biləcək hansısa ekstremal vəziyyətdə nəqliyyat necə idarə olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsəd deyib ki, martın 7-dəki tıxaclar göstərdi ki, paytaxt fövqəladə hadisələrə tam hazır deyil:
“Doğrudur, COP29 zamanı şəhərin nəqliyyat sistemi çox gözəl tənzimləndi. Heç bir narazılıq olmadı. Lakin martın 7-də olan tıxaclar göstərdi ki, şəhər təsərrüfatı ekstremal vəziyyətə hazır deyil. Nəzərə alaq ki, Ermənistanla hələki sülh müqaviləsi bağlanmayıb. Müəyyən təhdidlər var. Bundan əlavə paytaxtda hansısa bədbəxt hadisənin də olması mümkündür.
Belə vəziyyətdə şəhər nəqliyyatının idarə edilməsi əsas məsələdir. Əks-təqdirdə insanlar tıxaclarda düşdükləri panikadan ağır zərbə ala bilərlər. Ona görə də “7 mart tıxacı”nın səbələri və onun yaratdığı nəticələri aradan qaldırmaq üçün ciddi şəkildə düşünülməlidir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, istənilən tıxac iqtisadi zərər yaradır:
“Hələ sosial narazılığı demirəm. Bu mənada martın 7-dəki tıxaclar hər kəsə sürpriz olmaqla yanaşı, bəzi qurumlara xəbərdarlıq idi. Martın 7-dəki tıxaclar göstərdi ki, şəhər nəqliyyatı bəzi hallarda özünütənzimləmə rejimində işləyir. Bu isə ağır nəticələrə gətirib çıxara bilər.
Halbuki, bir zamanlar Bakıda Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi yaradılmışdı. Bu layihə Seuldan sonra dünyada ikinci şəhər kimi Bakıda tətbiq edilmişdi. Həmin illərdə mərkəzi küçələrdə böyük elektron tablolar vardı ki, yollardakı vəziyyəti operativ şəkildə sürücülərə ötürürdü. Lakin sonradan bu və digər innovativ tətbiqlərin hamısı sökülüb dağıldı. Bu gün sürücülər ancaq internet üzərindən yollardakı vəziyyəti öyrənə bilirlər. Bu da kafi deyil”.
Müsahibimiz onu da qeyd edib ki. Bakıda və ətraf ərazilərdə 2 milyona yaxın avtomobil hərəkət edir:
 

“Bu qədər avtomobilin təhlükəsiz və həyəcansız hərəkəti üçün zəruri tədbirlər görülməlidir. Ekstremal vəziyyətdə şəhərin idarə olunması olduqca vacibdir. Belə vəziyyətdə sürücülərin necə hərəkət etməli olduqları barədə təbliğat işi aparılmalıdır. Sürücülərə zəruri və operativ bilgilərin çatdırılması üçün tədbirlər görülməlidir. Əks-təqdirdə paytaxt  sakinləri “7 mart tıxacı”nı hələ çox yaşamalı olacaq.


Ümumilikdə isə tıxac həm iqtisadi, həm də sosial problemdir. Çünki intensivlik pozulanda iqtisadi dəyər aşağı düşür. Bundan əlavə, sadə insanlar saatlarla yolda qaldıqları üçün xeyli pul itkisinə məruz qalırlar, üstəlik tıxaclara tab gətirməyən bəzi sürücülər yol hərəkəti qaydalarını pozurlar. Bu da bir ayrı məsələdir. Ona görə də “7 mart tıxacı”ndan nəticə çıxarılmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri