Avstriya XİN başçısı: Ukraynada sülh güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstriya Ukraynada sülhün əldə olunmasını dəstəkləməyə davam edir, bu sülh davamlı olmalı və güclü təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir.
APA "Ukrinform" portalına istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Mayl-Rayzinger Vyanada keçirilən 29-cu Avropa Forumunun iştirakçılarına müraciətində deyib.
“Rusiyanın təcavüzkar müharibəsi Avropanı köklü şəkildə dəyişdi. Artıq 1 200 gündən çoxdur ki, Ukraynada insanlar əzab çəkir və ölür. Qətllərə son qoymağın vaxtıdır. Buna görə də Rusiya həqiqətən də danışıqlar masasına oturmalıdır. Sülh hərtərəfli, ədalətli və davamlı olmalı, eyni zamanda güclü təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirilməlidir,” – deyə nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Noyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















