Icma.az
close
up
RU
“Martin öz elədiyi əməlləri ört basdır edir” Dövlətə xəyanətdə təqsirləndirilən şəxs

“Martin öz elədiyi əməlləri ört basdır edir” Dövlətə xəyanətdə təqsirləndirilən şəxs

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müdafiə etdiyi şəxs əlavə ifadə vermək istəyir: "Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir".
Məhkəmə bunun üçün şərait yaradıb.

Martin Ryan deyib ki, Azad Məmmədlinin onun barəsində səsləndirdiyi ittihamlar doğru deyil:

"Azadın guya ki, bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bir sıra şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O, da Fransa səfirliyində işləyib. Mən həmin şəxslərin ad və soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib".

Martin Ryan qeyd edib ki, işdə adı keçən Ü.Ə. var: "Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Mən onu Frederik Devos ilə tanış etmişəm. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devos ilə mən görüşdürmüşəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib".

Digər təqsirləndirilən Azad Məmmədli qeyd edib ki, Martin Ryan yalan danışır və bu cinayət işi üzrə əsas məqsədləri gizlədir:

"Martin öz elədiyi əməlləri ört-basdır edir. O əsasən neft-qaz işləri bağlı müqavilələrin və işbirliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərinin fəaliyyətini öyrənmək istəyib və o şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək istəyib. O, bəzi Azərbaycan vətəndaşları və bir xarici vətəndaşı Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisi olub. Martin Ryan fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bir sıra vətəndaşlarımızın məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına verib. R.M. adlı şəxs də fransız dilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib".

Daha sonra məhkəmədə Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib.

Fransız istintaqda deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb:

"E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. 9-10 gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M-in dəvəti ilə iki dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim. 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa mənə dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. 3 ay sonra Devos mənimlə görüşdü. Devos özünü fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi təqdim etdi. O mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos iranlı şirkətlərlə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. O mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim".

Martin Ryan istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb:

"Görüşlərdə Azərbaycanın silahlarının bu müharibəyə çatıb-çatmayacağını, Türkiyə Azərbaycan əlaqələrini soruşub. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Müharibədən sonra əlaqələr olmuşdu. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verirdi. O, iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istəyib. Devos hətta mənə İrana getməyi təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə. Z.M-i, Azad Məmmədlini, Ü.Ə-ni və digər azərbaycanlıları Devosla tanış etmişəm. Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Lödi adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Loran da, sonra gələn Jerom Qassarino da Fransa kəşfiyyatının əməkdaşları idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdı. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum".

Hakim bildirib ki, Martin Ryanın istintaqa verdiyi ifadə 40 səhifədən çoxdur və məhkəmənin icraatında başqa cinayət işləri var. Bu səbəbdən Martin Ryanın ifadəsinin qalanı növbəti prosesdə elan ediləcək.

Proses iyulun 21-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri