Icma.az
close
up
RU
Masallı MRX direktoru dərman firmalarına avadanlıq aldırır: TƏBİB dən AÇIQLAMA

Masallı MRX direktoru dərman firmalarına avadanlıq aldırır: TƏBİB dən AÇIQLAMA

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu TƏBİB tərəfindən xəstəxanaya ayrılan inventar və avadanlıqları pul şəklində mənimsəyərək, onların yerini doldurmaq üçün dərman firmalarından pul tələb edir.

Tribuna-ya bu barədə məlumat verən mənbə bildirib ki, Masallı, Cəlilabad və Biləsuvar MRX direktorları bir-biri ilə əlaqəli şəkildə firmaların xəstəxanalara girişinə qadağa qoyub. Səbəb kimi isə TƏBİB-in göstəriş verdiyi bildirilir.
Maraqlıdır, niyə bu göstəriş təkcə cənub bölgəsinin xəstəxanalarına verilib?
Dərman firmaları işçilərinin (satış nümayəndələri) başlıca vəzifəsi xəstəxanalarda həkimlərin boş vaxtında onlarla görüşüb öz dərmanlarının (lisenziyalı) tərkib və göstərişlərini təbliğ etməkdir. Bunun müqabilində satış nümayəndələri qanuni şəkildə maaş alır. Bundan əlavə, işçilərin maaşından pensiya təminatı üçün və sosial sığorta üçün pul ödənilir.
Masallı MRX direktoru İlqar Ramizoğlu isə firma işçilərinin xəstəxanaya girib həkimlərlə görüşməsini qadağan edib. Xəstəxanaya girmək istəyən firma əməkdaşlarından isə bunun müqabilində ödəniş tələb edilməsə də xəstəxananın avadanlıq və inventarlarını almağı tapşırır.
Bu alınacaq avadanlıq və inventarlara – ot biçən maşınlar, yük və zibil daşımaq üçün arabalar, su şlanqları, xəstələri daşımaq üçün xərək və əlil arabaları, labaratoriyalarda və əməliyyat bloklarında istifadə edilməsi üçün təkərli tumbuçkalı stollar və sairələr daxildir.
Ən böyük firmalardan biri olan “Novator” firmasına içəri giriş üçün 4 min manat dəyərində yuxarıda sadaladıqlarımızdan bəzilərini aldırıblar.
Məlumata görə, İlqar, Rüstəm, Musa və Ruslan adlı firma işçiləri içəri giriş üçün birlikdə 1000 manat pul toplayaraq Masallı MRX rəhbərliyinə veriblər.
“Avita” şirkətindən isə 1500 manat pul alınıb.
Bütün bu alınan ləvazimatlar isə 6 aylıq nəzərdə tutulub. 6 ayın tamamında proses təkrar olunur.

Məsələ ilə bağlı Tribuna-nın sorğusunu cavablandıran “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, aparılan araşdırma nəticəsində Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş rəsmi məlumata əsasən müəyyən edilmişdir ki, dərman vasitələri və bioloji aktiv qida əlavələrinin satışı və ya təqdimatı ilə məşğul olan firma və təşkilatların xəstəxananın ərazisində reklam fəaliyyəti həyata keçirməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun deyildir:

““Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən,dərman vasitələrinin, tibbi təyinatlı məhsulların və bioloji fəallığa malik qida əlavələrinin reklamı yalnız müəyyən edilmiş xüsusi qaydalara uyğun həyata keçirilə bilər və belə reklamların yayımlanması məhdudlaşdırılır. Qanunun 30-cu maddəsinə görə isə bioloji fəallığa malik qida əlavələrinin reklamı zamanı onların xəstəliklərin müalicəsi və profilaktikası üçün vasitə kimi təqdim edilməsi qadağandır və reklam ictimai səhiyyənin təhlükəsizliyini pozmamalıdır.
Bununla yanaşı, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dərmanların dövriyyəsi və reklamı ilə bağlı tələblər müəyyən edilir və dərman vasitələrinin tibbi müəssisələrdə satış və təqdimat xarakterli nümayişinin yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilə biləcəyi təsbit olunur.
Xəstəxana rəhbərliyinin bildirdiyinə görə, qeyd olunan firma və təşkilatların nümayəndələrinin iş saatlarında xəstəxana daxilində olması həkimlərin iş rejiminə müdaxilə edir, tibbi prosesin fasilələrlə müşayiət olunmasına səbəb olur və nəticədə pasiyentlərin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu, səhiyyə müəssisəsinin daxili əməyin təşkili qaydaları ilə ziddiyyət təşkil edir və tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Yuxarıda göstərilən hüquqi əsaslar və xəstəxanada tibbi prosesin fasiləsiz təşkili zərurətinəzərə alınaraq, dərman vasitələri və bioloji aktiv qida əlavələrinin satışı ilə məşğul olan firma və təşkilatların reklam yayıcılarının və digər nümayəndələrinin iş saatları ərzində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə daxil olaraq reklam fəaliyyəti həyata keçirmələrinə icazə verilmir”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri