TƏBİB dən islahatlarla bağlı AÇIQLAMA
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Həyata keçirilən islahatların dayanıqlı olması üçün insan resurslarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu baxımdan, davamlı islahatlar çərçivəsində tibb mərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksək nüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılır:
"Əlbəttə ki, bütün bu proseslər prioritet istiqamətlər üzrə sistemli şəkildə davam etdirilir. Bu səbəbdən də rəqəmsallaşmanın genişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcə də tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərin hüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Nəticə etibarilə, həyata keçirilən bütün bu tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















