Icma.az
close
up
RU
Masallıda doğuşdan sonra komaya düşən qadın öldü

Masallıda doğuşdan sonra komaya düşən qadın öldü

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Elnurə Kərimli doğum şöbəsində ikinci övladını dünyaya gətirərkən Masallı Rayon Mərkəzi Xəstəxanasında komaya düşüb, Bakıya – Respublika Klinik Xəstəxanasına gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Lent.az xəbər verir ki, bu barədə "Bakupost.az"a mərhumun atası İntiqam Kərimov məlumat verib.

İ.Kərimovun bildirdiyinə görə, Elnurə hamiləliyi boyu sağlam olub, 1 ay öncədən xəstəxanada yoxlamadan, analizlərdən keçib, heç bir problem aşkarlanmayıb: “Yoxlayandan sonra dedilər ki, 1 həftə sonra gələrsiz. Doğuş vaxtı özü öz ayağı ilə getdi. Xəstəxananın Könül adlı ginekoloqu, Fikrət adlı cərrahı bildirdilər ki, artıq uşaq götürülməlidir, təbii doğuş yox, qeysəriyyə edək. Şöbə müdiri Əminə Bəndəliyevadır. Qızımı yoldaşı, ailəsi əməliyyata aparıb, analizlər təmiz idi, problemsiz əməliyyata alınıb. Sonra mənə xəbər verdilər ki, oğlan uşağı oldu, normal, sağlamdır, amma ana ayılmadı. Biz xəstəxanaya getdik. Mən qızımı görəndə 90 % ölü kimi idi, oksigen balonuna qoşmuşdular. 2-ci sutkada gördük ayılmır, getdim baş həkim İlqar Məmmədovun yanına, dedim, uşaq yarımcandır, 2 sutkadır ayılmır, ağırdırsa, Bakıya aparaq. Mənə dedi ki, yox, bu xəstə mənlikdir, indi götürmək olmaz, mən sağaldacam. Xəstə reanimasiyada demək olar ki, ölü idi. Məni arxayın etdi, aldatdı, qayıtdım kəndə. Gecə zəng etdilər ki, xəstə ağırdır, gəlin, Bakıya göndəririk. Soruşdum ki, niyə yubadıb indi aparırsız, axı mən vaxtında demişdim. Oksigen balonuna qoşulu halda cəmi 5 faiz yaşayan insanı təcili yardımla gecəylə götürdülər Respublika Kliniki Xəstəxanasına. Mən qızımı gördüm, o, demək olar ki, ölmüşdü”.

İ.Kərimov deyib ki, analizlər xəstənin bütün həyati orqanlarının sıradan çıxdığını göstərib: “Bircə ürəyi az da olsa, işləyirdi. Amma xəstəni yenə də reanimasiyada saxlayıblar. Lakin görülən tədbirlər fayda verməyib, xəstə noyabrın 4-də vəfat edib”.

Ailənin ölüm səbəbini öyrənmək tələbinə isə “ekspertiza olmadan, cavab verə bilmərik” deyiblər. Ekspertizadan sonra övladını dəfn etməyə aparıb:

“Respublika Klinik Xəstəxanasının həkimləri də bizi yola verdi. Nə qədər təkid etdik ki, ölübsə, boş yerə aparatda saxlamayın, razıyıq, ayırın, verin balamızı. Bizə ancaq onu deyirdilər ki, ağırdır. Özü də Masallıdakı analizlərlə bu xəstəxanadakı cavablar tamam fərqli idi. Mən hesab edirəm ki, Masallıdan Bakıya elə meyit aparıblar. Bizi yalandan arxayın etdilər”

Şikayətçi ekspertizanın rəyinin hələ hazır olmadığını bildirib:

“Masallıda qızım ağırlaşanda prokurorluğa şikayət etdim ki, uşaq ölür. Bakıda vəfat edəndə Yasamal polisindən gəldilər. Şikayətimi etmişəm. TƏBİB-ə dəfələrlə zəng etmişəm ki, xəstəmizi öldürdülər, araşdırın, bizə kömək edin. Heç bir cavab yoxdur. Elə boş yerə ünvan, ad nömrə götürürlər. Heç saytlarda xəbər kimi də verilmədi. Hər şeyi gizlədirlər. Masallı xəstəxanasının baş həkimi, həkimləri bizi görüb qaçdılar, polisləri tökdülər ora ki, bizə hücum edəcəklər. Qızımın əməliyyatda qanına nə salıblar, beyninə qan sızıb, sepsis olub, bir söz deyən yoxdur. Gözünü heç açmadan getdi. “Respublikanski”də dedilər ki, bunu öldürüb gətirmisiz. Bilmirik, dərdimizi kimə deyək?! Mən həkim səhlənkarlığından şikayətçiyəm. Əgər onun problemi vardısa, əməliyyata niyə götürürdüz? Öncədən niyə demədiniz? Normal, sağlam ananı əməliyyata aldılar. O qədər ana ölümü olur ki… Amma gizlədirlər. Ailə aparıb meyiti dəfn edir, məsələ bitir. Niyə bu məsələlər araşdırılmır, niyə ana ölümlərinə son qoyulmur?!”.

Məsələ ilə bağlı Masallı Rayon Xəstəxanasının Könül adlı ginekoloq həkim münasibət bildirmək istəməyib.

TƏBİB-dən isə hələlik sorğuya cavab verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri