Icma.az
close
up
RU
Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…”

Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…”

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Doğuş zamanı və ya keysəriyyə əməliyyatından sonra gənc qadınların ölümü ilə bağlı statistika günü-gündən artır. Demək olar, hər ay mətbuatda ana və uçaq ölümü barədə xəbərlər çıxır. Amma bunlar hələ mətbuata sızanlardır. Real rəqəmlər isə bəlkə də daha çoxdur.

Bakupost.az xəbər verir ki, növbəti belə faciə Masallı Rayon Mərkəzi Xəstəxanasında yaşanıb. Belə ki, Yardımlı rayon sakini İntiqam Kərimovun qızı, 1995-ci il təvəllüdlü Elnurə Kərimli doğum şöbəsində ikinci övladını dünyaya gətirərkən komaya düşüb.


İ.Kərimovun bildirdiyinə görə, Elnurə hamiləliyi boyu sağlam olub, 1 ay öncədən xəstəxanada yoxlamadan, analizlərdən keçib, heç bir problem aşkarlanmayıb: "Yoxlayandan sonra dedilər ki, 1 həftə sonra gələrsiz. Doğuş vaxtı özü öz ayağı ilə getdi. Xəstəxananın Könül adlı ginekoloqu, Fikrət adlı cərrahı bildiridilər ki, artıq uşaq götürülməlidir, təbii doğuş yox, keysəriyyə edək. Şöbə müdiri Əminə Bəndəliyevadır. Qızımı yoldaşı, ailəsi əməliyyata aparıb, analizlər təmiz idi, problemsiz əməliyyata alınıb. Sonra mənə xəbər verdilər ki, oğlan uşağı oldu, normal, sağlamdır, amma ana ayılmadı. Biz xəstəxanaya getdik. Mən qızımı görəndə 90 % ölü kimi idi, oksigen balonuna qoşmuşdular. 2-ci sutkada gördük ayılmır, getdim baş həkim İlqar Məmmədovun yanına, dedim, uşaq yarımcandır, 2 sutkadır ayılmır, ağırdısa, Bakıya aparaq. Mənə dedi ki, yox, bu xəstə mənlikdir, indi götürmək olmaz, mən sağaldacam. Xəstə reanimasiyada demək olar ki, ölü idi. Məni arxayın etdi, aldatdı, qayıtdım kəndə. Gecə zəng etdilər ki, xəstə ağırdır, gəlin, Bakıya göndəririk. Soruşdum ki, niyə yubadıb indi aparırsız, axı mən vaxtında demişdim. Oksigen balonuna qoşulu halda cəmi 5% yaşayan insanı təcili yardımla gecəylə götürdülər Respublika Kliniki Xəstəxanasına. Mən qızımı gördüm, o, demək olar ki, ölmüşdü”.

İ.Kərimov deyib ki, Respublika Klinik Xəstəxanasında analizlər xəstənin bütün həyati orqanlarının sıradan çıxdığını göstərib: "Bircə ürəyi az da olsa, işləyirdi. Amma xəstəni yenə də reanimasiyada saxlayıblar. Lakin görülən tədbirlər fayda verməyib, xəstə noyabrın 4-də vəfat edib".


Ailənin ölüm səbəbini öyrənmək tələbinə isə “ekspertiza olmadan, cavab verə bilmərik” deyiblər. Adətən, çox zaman ailələr meyitin yarılmasının əleyhinə olduğu üçün bu söz həkimlərin bəhanəsinə çevrilib. Lakin İntiqam Kərimov qızının ölümündə həkim səhlənkarlığından şübhələndiyi üçün ekspertizaya razı olub. Ekspertizadan sonra övladını dəfn etməyə aparıb:

“Respublika Klinik Xəstəxanasının həkimləri də bizi yola verdi. Nə qədər təkid etdik ki, ölübsə, boş yerə aparatda saxlamayın, razıyıq, ayırın, verin balamızı. Bizə ancaq onu deyirdilər ki, ağırdır. Özü də Masallıdakı analizlərlə bu xəstəxanadakı cavablar tamam fərqli idi. Mən hesab edirəm ki, Masallıdan Bakıya elə meyit aparıblar. Bizi yalandan arxayın etdilər".

Şikayətçi ekspertizanın rəyinin hələ hazır olmadığını bildirib:

"Masallıda qızım ağırlaşanda prokurorluğa şikayət etdim ki, uşaq ölür. Bakıda vəfat edəndə Yasamal polisindən gəldilər. Şikayətimi etmişəm. TƏBİB-ə dəfələrlə zəng etmişəm ki, xəstəmizi öldürdülər, araşdırın, bizə kömək edin. Heç bir cavab yoxdur. Elə boş yerə ünvan, ad nömrə götürürlər. Heç saytlarda xəbər kimi də verilmədi. Hər şeyi gizlədirlər. Masallı xəstəxanasının baş həkimi, həkimləri bizi görüb qaçdılar, polisləri tökdülər ora ki, bizə hücum edəcəklər. Qızımın əməliyyatda qanına nə salıblar, beyninə qan sızıb, sepsis olub, bir söz deyən yoxdur. Gözünü heç açmadan getdi. “Respublikanski”də dedilər ki, bunu öldürüb gətirmisiz. Bilmirik, dərdimizi kimə deyək?! Mən həkim səhlənkarlığından şikayətçiyəm. Əgər onun problemi vardısa, əməliyyata niyə götürürdüz? Öncədən niyə demədiniz? Normal, sağlam ananı əməliyyata aldılar. O qədər ana ö…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri