Masallıda “İstisu” istirahət mərkəzinin ətrafı zibil içindədir FOTO
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Masallıda “İstisu” kimi tanınan istirahət mərkəzinin yaxınlığındakı meşə zolağı zibil tullantıları ilə çirkləndirilib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, Masallı–Yardımlı yolu boyunca yerləşən müxtəlif meşəlik ərazilər buraya ziyarətə gələn şəxslər tərəfindən zibillənir.
“Əraziyə nəzarət olunmadığı üçün hər gələn özü ilə gətirdiyi ərzağı yeyib-içdikdən sonra qalıqları elə meşəyə atıb gedir. Buna görə də hər tərəf zibil içindədir. Nə təmizləyən var, nə də gələnlərə "dur" deyən”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, sözügedən istirahət mərkəzi hər il yay mövsümündə turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir.


Baxış sayı:79
Bu xəbər 03 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















