Masallıda özbaşınalıq pik həddə: Bələdiyyə sədri və bəzi məmurlar qanunları heçə sayır
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Vətəndaşın yolunu kəsib, torpağı “ata malı” kimi satan, strateji xətlərin üzərində qanunsuz tikintiyə göz yuman məmurların Masallı özbaşınalığı…
Prezident İlham Əliyevin dəfələrlə “Məmurlar vətəndaşlara xidmət etməlidir, onları incitməməlidir” çağırışına və bu yöndə nümayiş etdirdiyi siyasi iradəyə Masallıda aşkar şəkildə meydan oxunur. Rayonun bəzi məmurları və bələdiyyə sədrləri sanki özlərini dövlətin qanunlarından üstün tutaraq, vətəndaşı cana yığmaqla, rüşvət qarşılığında “torpaq bazarı” açmaqla məşğuldurlar.
YOLU BAĞLANAN VƏTƏNDAŞIN FƏRYADI: “AÇAR NATİQ MAHMUDOVDADIR”
Redaksiyamıza müraciət edən Masallı rayon sakini Əbilov Mahir Aslan oğlu başına gətirilən rüsvayçı hadisələri nəql edərkən dövlət idarəçiliyindəki boşluqları və bəzi şəxslərin özbaşınalığını çılpaqlığı ilə ortaya qoyur. Vətəndaşın qanuni yolunun qonşular tərəfindən kəsilməsi və buna bələdiyyənin şərait yaratması məsələnin yalnız görünən tərəfidir.
Əsas biabırçılıq Masallı Əmlak İdarəsinin əməkdaşı Soltan Nəsirovun vətəndaşa qarşı işlətdiyi ifadələrdədir. Soltan Nəsirov vətəndaşa və onun həyat yoldaşına açıq şəkildə deyib:
”Bura Əmlak Komitəsinin sədri Mətin Eynullayev də gəlsə, bu yol açılmayacaq. Bu yolun açarı Natiq Mahmudovdadır.”
Bu nə deməkdir? Bir idarə əməkdaşı hansı cürətlə yuxarı rəhbərliyin adından bu cür danışır? Dövlətin xəritəsində yol olan ərazini kiminsə “şəxsi mülkünə” çevirmək və “açar filankəsdədir” deyərək vətəndaşı ələ salmaq hansı xidmət mədəniyyətinə sığır?
STRATEJİ XƏTLƏR ÜZƏRİNDƏ TİKİNTİ: SOLTAN NƏSİROV FACİƏYƏ ZƏMİN HAZIRLAYIR?
Məsələ təkcə yolun bağlanması ilə bitmir. Əldə etdiyimiz məlumatlara görə, Soltan Nəsirovun qanunsuz “razılığı” ilə magistral qaz kəmərinin və Avropaya gedən beynəlxalq 4 rəqəmli rabitə kabelinin düz üzərində mağaza tikintisinə şərait yaradılıb.
Bu, sadəcə korrupsiya deyil, həm də dövlət təhlükəsizliyinə xəyanətdir! Beynəlxalq əhəmiyyətli kabelin və yüksək təzyiqli qaz kəmərinin üzərində mağaza tikilməsinə hansı əsasla icaze verilib? Sabah orada hər hansı bir partlayış və ya qəza baş versə, yüzlərlə insanın həyatı təhlükəyə düşsə, Soltan Nəsirov və Eynəli Məmmədov məsuliyyəti öz üzərinə götürəcəkmi? Yoxsa topladığı rüşvətlərlə aradan çıxmağı planlaşdırır?
BƏLƏDİYYƏ SƏDRİNİN “XANLIQ” İDDİASI
Lürən Bələdiyyəsinin sədri Eldəniz isə vətəndaşa qarşı daha kəskin və qanunsuz mövqe nümayiş etdirir. Vətəndaşın iddiasına görə, bələdiyyə sədri “Haraya deyirsən de, dövlət rayonu mənə tapşırıb, torpağı istədiyim kimi paylayıram” deyərək özünü qanunvericilikdən üstün hesab edir. Bu, birbaşa prezidentin siyasətinə qarşı çıxmaq, yerlərdə özbaşına “xanlıqlar” qurmaq cəhdidir.
Vətəndaşların haqlı narazılığı fonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun qəbulunda olsa da, məsələ hələ də həllini tapmayıb. Vətəndaşın işıq dirəkləri üçün 2700 manat ödəniş etməsinə baxmayaraq, süni maneələrlə üzləşməsi rüşvət zəncirinin nə qədər dərin olduğunu göstərir.
FHN VƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARI HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Buradan aidiyyatı qurumlara səslənirik:
Fövqəladə Hallar Nazirliyi (FHN): Masallı şöbəsi strateji qaz kəməri və beynəlxalq rabitə xətti üzərindəki bu qanunsuz tikintini təcili araşdırmalıdır.
Daxili İşlər Nazirliyi və Prokurorluq: Vətəndaşın yolunu kəsən, onu təhqir edən və rüşvət qarşılığında dövlət əmlakını talayan şəxslərin əməllərinə hüquqi qiymət verilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti: Adı çəkilən əməkdaş Soltan Nəsirovun “açar” söhbəti və vəzifə səlahiyyətlərini aşması araşdırılmalıdır.
Vətəndaşın cibinə göz dikən, dövlət maraqlarını öz şəxsi mənafelərinə qurban verən məmurlar bilməlidirlər ki, heç kim toxunulmaz deyil! Biz bu mövzunu diqqətdə saxlayacaq və hadisələrin gedişatını ictimaiyyətə çatdıracağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(referans.az)
Bu mövzuda digər xəbərlər:Masallıda bələdiyyə sədri küçəni özü süpürdü VİDEO
13 İyul 2025 17:03
Nərimanovda özbaşınalıq pik həddə çatıb: Əşyalarım mənzildə olaola... VİDEO
20 Dekabr 2024 13:17
Masallıda bələdiyyə fəaliyyəti ilə bağlı tədbir keçirilib
08 Avqust 2025 07:07
Masallıda qalmaqal: bələdiyyə sədri kəndin adını erməniləşdirib? Deputatdan sərt açıqlama
15 Noyabr 2025 14:46
“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Masallıda keçirilib FOTOLAR
05 Avqust 2025 10:49
Baxış sayı:114
Bu xəbər 09 Aprel 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















