Icma.az
close
up
RU
“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Masallıda keçirilib FOTOLAR

“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Masallıda keçirilib FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 24 iyul tarixində Masallı rayonu, Masallı otelinin zalında keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə 18 nəfər iştirak etdi. İştirakçılar əsasən Masallı rayonunun bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:

1-ci mərhələdə:

Bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsi:

Bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda;

Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı.

Bələdiyyələrin maliyyə dayanıqlığına yardım göstərilməsi:

2024-cü ildə Milli Məclisin "Qrantlar haqqında" qanuna etdiyi dəyişikliyi əsas tutaraq, bələdiyyələrə bu sahədə köməklik göstərilməsi;

Layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak imkanlarının artırılması.

Tədbirdə planlaşdırılan mövzularla bağlı iştirakçılara geniş məlumat verildi, müzakirələr aparıldı. Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətləri ilə bağlı mövzular iştirakçılar tərəfindən maraqla dinlənildi və fəal şəkildə müzakirə olundu.

İştirakçılara izah olundu ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Qrantlar haqqında" qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onların qrant ala bilmələrini nəzərdə tutur.

İştirakçıları işlərində və əhali ilə münasibətlərində narahat edən bəzi məsələlər də qeyd olundu:

Bələdiyyələrin sahibkarlarla münasibət qurmasında çətinliklər var, çünki sahibkarlar bu münasibətlərə maraq göstərmirlər.

Sahibkarlar kredit ala bilir və əhali ilə əlaqə qura bilirlər, çünki maliyyə imkanları mövcuddur.

Təklif:

Bələdiyyələrin nüfuzunu artırmaq məqsədilə bəzi vergilərin toplanmasının bələdiyyələrə həvalə olunması təklif edildi.

İştirakçılara həmçinin "Sosial xidmət haqqında" Qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərman barədə məlumat verildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunan qeydiyyat və müraciət formaları barədə də məlumat təqdim olundu. İştirakçılara layihə təklifləri və hesabatların hazırlanması barədə ətraflı bilgilər verildi.

Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölündülər və sərbəst şəkildə istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birlikdə çalışdılar və hər qrupdan bir nəfər ideyanın təqdimatını etdi.

Tədbir iştirakçıları üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Sonda iştirakçılara ev tapşırığı verildi:
İstədikləri bir ideyanı layihə formasında (layihə təklifi və büdcə ilə birlikdə) hazırlayıb, layihənin ikinci mərhələsində təqdim etmək.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri