Icma.az
close
up
RU
Masallıda qanlı olay: 16 yaşlı oğlan anasının sevgilisini bıçaqladı, sonra isə... TƏFƏRRÜAT

Masallıda qanlı olay: 16 yaşlı oğlan anasının sevgilisini bıçaqladı, sonra isə... TƏFƏRRÜAT

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallı rayonunda 16 yaşlı oğlan anası ilə sevgi münasibətində olan kişini bıçaqlayıb.

News24.az Teleqraf-a istinadən  xəbər verir ki, hadisə ötən ilin noyabrın 2-də baş verib. 2009-cu il təvəllüdlü Rəvan həmin gün saat 18 radələrində anası Səliməyə məxsus evin həyətində olub.

Bu zaman o, anasının sevgi münasibətində olduğu Sabir (adlar şərti verilib – red.) ilə həyətdə rastlaşıb. 16 yaşlı oğlan onunla həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyib və aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Rəvan əlində olan cib bıçağı ilə Sabirin qarın və sol çiyin nahiyəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Masallı şəhərində yerləşən orta məktəbdə oxuyur: “Nənəm ilə birlikdə Masallı şəhəri ərazisində yerləşən fərdi yaşayış evində yaşamışam. Anam atamdan ayrılıb. Anam Bakı şəhərində işi ilə əlaqədar daha çox olub və tez-tez Masallı şəhərində nənəm ilə birlikdə yaşadığım evə gəlib”.

“Gizləndiyini gördüm”

16 yaşlı oğlanın sözlərinə görə, noyabrın 2-də, saat 16 radələrində anası Səlimə Bakı şəhərindən yaşadığı evə gəlib: “Həmin günü saat 18 radələrində anam özünə məxsus evin açarını mənə verdi və gödəkçəsini götürməkdən ötrü həmin evə piyada getdim. Evin yerləşdiyi həyətə çatdıqda, həyətin giriş dəmir darvazasının azca aralı olduğunu gördüm. Darvazanın qapısını açarla açdım və həyətə daxil oldum. Həyətin ağaclıq sahəsinə tərəf kiminsə qaçdığını, ayaq səslərini eşitdim. Uca səslə “orada kim var” deyə soruşdum və həmin istiqamətdə, yəni evin arxa tərəfinə irəlilədim. Əlində mobil telefonun işığı ilə ağaclıq sahəyə tərəf getdim. Ağacın arxasında kiminsə bir ayaq üstə divara söykənərək gizləndiyini gördüm. Orada təkrar kimin olduğunu soruşdum. Lakin həmin şəxs cavab vermədi. Tanımadığım şəxs ağacların arxasından çıxaraq mənə tərəf irəlilədi. Həmin şəxsin yaxınlaşdıqda əvvəllər tanıdığım Sabirin olduğunu gördüm. O, yaşadığımız məhəllə ilə qonşu olan məhəllədə yaşayıb. Onu uzun müddətdir ki, tanımışam”.

“Məni axtardığını dedi”

Müttəhim qeyd edib ki, Sabirdən anasının həyətinə nə səbəbə gəldiyini soruşub: “Məni axtardığını dedi. Ondan məni niyə axtarmasını soruşdum. Sabir ünvanıma nalayiq küçə söyüşü söyərək köynəyimi dartmağa başladı. Ondan yaşca balaca və fiziki cəhətdən zəif olduğumdan gödəkçəmin cibində saxladığım açılıb-qatlanan bıçağı çıxartdım və bir dəfə zərərçəkmiş şəxsin qarın nahiyəsinə xəsarət yetirdim. O, əli ilə qarnını tutdu və yerə tərəf əyildi. Bu vaxt paltarımdan tutaraq özünə tərəf dartdı. Zərərçəkənin əlindən çıxmaqdan ötrü ikinci dəfə bıçaqla sol çiyin nahiyəsinə yüngül zərbə atdım. Sabirin əlindən çıxdım, həyətdən iti addımlar ilə getdim. Oradan yaşadığım evə gedərkən bıçağı zibillik əraziyə tulladım”.

“Qorxduğum üçün onu vurmuşam”

Təqsirləndirilən şəxs bildirib ki, Sabirin anası ilə əlaqəsi olduğunu bilib: “Hadisə vaxtı anam evdə olmayıb. O, nənəmgildə olub. Qapı bağlı olub və Sabir də hasardan həyətə keçən zaman səs gəldiyi üçün onu görmüşəm. Zərərçəkmiş mənə əl uzadıb və mən qorxduğum üçün onu vurmuşam”.

“Onlarla ailə kimi yaşamışam”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sabirin sözlərinə görə, 10 ildir həmin evə ailə kimi gedib-gəlib: “Hadisə günü Səlimə mənə zəng edərək ağrıları olduğunu dedi. Mən də onlara getdim. Evdə olduğum zaman açarların səsi gəldi. Rəvan evə girdi. Təqsirləndirilən şəxsin ayaq səslərindən onun olduğunu bildim. Əlindəki işığı üzümə tutdu. Mən də əlim ilə gözümü tutdum və sonra ağrı hiss etdim. Rəvan məni bıçaqla vuran zaman burada nə gəzdiyimi dedi. Mən onlara daim gedib-gəlmişəm. Hətta onunla bir yerdə çörək də yemişəm. Məni vuran zaman ona “sən nə etdin” dedim. Hadisə günü pəncərə şüşəsi sındırmamışam, Rəvanı söyməmişəm. Qaranlıqda üzümə işıq salaraq məni görüb. Onun məni vuracağını gözləməmişəm. Onlarla ailə kimi yaşamışam”.

“Sevgi münasibətlərim olub”

Şahid qismində dindirilən Səlimənin ifadəsinə görə, zərərçəkmişi təxminən 10 ildir tanıyır və həmin vaxtdan onunla sevgi münasibətləri olub, zərərçəkən başqası ilə evləndiyindən sevgi münasibətlərində soyuqluq yaranıb: “Təqsirləndirilən şəxs oğlumdur. Ondan başqa bir azyaşlı qızım da var. Hər iki uşaq keçmiş həyat yoldaşım Mahirdən olub. Həyat yoldaşımdan 12 ildir ayrılmışam. Övladlarım həm mənimlə, həm də ataları ilə yaşayıblar”.

“Oğlumun bıçaqladığını dedi”

Səlimə deyib ki, noyabrın 2-də saat 16 radələrində Bakı şəhərindən Masallı şəhərinə anasına məxsus evə gəlib, oğlu Rəvan anası ilə birlikdə evdə olub: “Oğluma digər qonşu məhəllədə yerləşən evimin açarını verdim və qış gödəkçəmi gətirməsini istədim. Bundan təxminən 15-20 dəqiqə sonra oğlum anamın evinə gəldi və zərərçəkmişi bıçaqladığını dedi. Rəvandan hansı səbəbdən onu bıçaqlamasını soruşdum. Sabirin mənə məxsus evin həyətində kolun dibində gizləndiyini, həmin vaxt aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyini bildirdi. Oğlumla olan bu söhbətdən 20 dəqiqə sonra Sabir “votsap”da mesaj yazdı, Rəvan tərəfindən bıçaqlandığını dedi. Daha sonra Masallı rayon Mərkəzi xəstəxanasına onun səhhəti ilə maraqlanmağa getdim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see298

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see258

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see242

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see190

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see189

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see171

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see154

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see151

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see140

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see127

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see127

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see126

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see123

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri